Avarçəkmə və kanoe üzrə Azərbaycan birinciliyi keçirilib👏
"Sabirabadxəbər.az" xəbər verir ki, Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının birgə təşkilatçılığı əsasında Azərbaycan birinciliyi keçirilib.🤝 Yarış fevralın 27-də 📍“Kür” Olimpiya Tədris-İdman Mərkəzində avarçəkmənin akademik, kayak və kanoe növlərində ilk dəfə olaraq handikap sistemi üzrə təşkil olunub. Azərbaycan birinciliyində Bakı və Mingəçevirdən 2008-2013-cü il təvəllüdlü ümumilikdə 80 avarçəkən mübarizə aparıb. Reqlamentə əsasən iştirakçılar bir nəfərlik qayıqda akademik avarçəkmədə 3500 metr, kayak və kanoedə isə 2000 metr məsafə qət ediblər.🚣
🥇Qaliblər idmançıların fərdi vaxt göstəricilərinə əsasən müəyyənləşib. Mükafatçılar diplom və medallarla təltif ediliblər. Azərbaycan birinciliyində fərqlənən avarçəkənlər 28 aprel - 1 may tarixlərində Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümünə həsr olunacaq “Prezident Kuboku-2026” beynəlxalq reqatasında iştirak edəcək komandanın heyətində yer alacaq.✅












