• 28.02.2026 » 09:10

Martda bayram bayrama qarışacaq - 16 gün evdə olacağıq

Martda bayram bayrama qarışacaq - 16 gün evdə olacağıq © sabirabadxeber.az
Şrift ölçüsü:

Gələn ay Azərbaycanda 16 gün qeyri-iş günü olacaq.


“Sabirabadxəbər.az” xəbər verir ki, bu il martda ənənəvi olaraq 2 yox, 3 bayram qeyd olunacaq.


Belə ki, martın 8-i Beynəlxalq Qadınlar Günüdür və Azərbaycanda iş olmayan bayram günü sayılır. Bu tarix bazar gününə düşdüyünə görə, növbəti həftənin ilk iş günü - 9 mart da qeyri-iş günüdür.


Beləliklə, 5 günlük iş həftəsində çalışanlar üçün 3 gün ardıcıl iş olmayacaq.


Həmçinin bu il Novruz və Ramazan bayramı günləri üst-üstə düşür. Martın 20, 21, 22, 23, 24-ü Novruz bayramıdır. 21 və 22 mart tarixləri şənbə və bazar günlərinə təsadüf etdiyindən Əmək Məcəlləsinin tələblərinə əsasən, 25 və 26 mart tarixləri də qeyri-iş günləri olacaq.


Martın 20, 21-i qeyd ediləcək Ramazan bayramı iş günü hesab olunmayan başqa bayram günü ilə üst-üstə düşəcəyindən növbəti iş günü istirahət günü hesab olunur.


Beləliklə, Əmək Məcəlləsinin tələbinə əsasən, növbəti iş günləri - 27 və 30 mart da qeyri-iş günləri olacaq.


Bununla da Novruz və Ramazan bayramları ilə əlaqədar 20, 21, 22, 23, 24, 25, 26, 27, 28, 29 və 30 mart tarixləri qeyri-iş günləridir. 31 mart bayramdan sonra ilk iş günü olacaq. Beləliklə martda şənbə və bazar günləri də daxil olmaqla 16 gün iş olmayacaq

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva