• 27.02.2026 » 14:28

Sərəncam: Qurumlarda süni intellektlə bağlı müavin...

Sərəncam: Qurumlarda süni intellektlə bağlı müavin... © sabirabadxeber.az
Şrift ölçüsü:

Cari ilin iyununa qədər hər bir dövlət orqanı (qurumu) rəhbərinin müavini səviyyəsində rəqəmsallaşma, innovasiya, süni intellekt (Sİ) və kibertəhlükəsizlik üzrə funksiyanın icrasına məsul şəxs müəyyənləşdiriləcək.

"Sabirabadxəbər.az" xəbər verir ki, bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026−2028-ci illər üçün fəaliyyət planı”nda əksini tapıb.

Sərəncama əsasən, 2026-cı ilin iyununa qədər aidiyyətu qurumlar və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi hər bir dövlət orqanı (qurumu) rəhbərinin müavini səviyyəsində rəqəmsallaşma, innovasiya, Sİ və kibertəhlükəsizlik üzrə funksiyanın icrasına məsul şəxsin təsbit edilməsi və onun fəaliyyətinin müvafiq sahələr üzrə müəyyən edilmiş strateji hədəflərlə əlaqələndirilməsini təmin etməlidir.

Məsul şəxslərin vəzifə təlimatlarının yenilənməsi və hər bir qurum üçün “ƏFG kartı” (xidmətlərin rəqəmsallaşma faizi, kiberinsidentlərin sayı və s.) təsdiq ediləcək. Eyni zamanda rəqəmsallaşma, Sİ, innovasiya və kibertəhlükəsizlik üzrə mütəxəssislərin dövlət qurumlarında əməkhaqqı sisteminə yenidən baxılması Məsul şəxslərin performansının bu ƏFG-lər əsasında rüblük qiymətləndirilməsi üçün RİNN tərəfindən idarəetmə panelinin istismara verilməsi Məsul şəxslərin mükafatlandırılması və fəaliyyətinin davamlılığının hədəflərə çatma dərəcəsindən asılı hala gətirilməsi təmin ediləcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva