• 26.02.2026 » 11:26

Biləsuvarda 22 yaşlı oğlan bıçaqlanıb, 2 iş yoldaşı tutulub

Biləsuvarda 22 yaşlı oğlan bıçaqlanıb, 2 iş yoldaşı tutulub © sabirabadxeber.az
Şrift ölçüsü:

Biləsuvarda gənclər arasında yaranan mübahisə bıcaqlanma ilə nəticələnib.

"Sabirabadxəbər.az" xəbər verir ki, hadisə rayonun Bəydili kəndində baş verib. Cəbrayıl rayon sakini 2004-cü il təvəllüdlü Fərid Həziyevin iş yoldaşları tərəfindən bıçaqlandığı bildirilir.
Biləsuvar rayon Mərkəzi Xəstəxanasına çatdırılan F. Həziyev əməliyyat olunub, reanimasiyaya yerləşdirilib.

Əməli törətmək şübhəli bilinən 35 yaşlı Tural Əmirxanov və 26 yaşlı Əli Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıblar.
Qeyd edək ki, adı çəkilən şəxslər, rayonda tikilməkdə olan Günəş elektrik stansiyasının tikintisində çalışırlar.

Faktla bağlı araşdırma aparılır./Apa

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva