• 20.02.2026 » 18:30

Sabirabad rayonunda avtomobil yolunun əsaslı təmirinə başlanılıb.

Sabirabad rayonunda avtomobil yolunun əsaslı təmirinə başlanılıb. © sabirabadxeber.az
Şrift ölçüsü:

Sabirabad rayonunda avtomobil yolunun əsaslı təmirinə başlanılıb
"Sabirabadxeber.az"a Sabirabad Rayon İcra Hakimiyyəti tərəfindən məlumat verilib ki, 2025-ci il ərzində Y-54-01 M-6 (10 km) – Sabirabad–Qaragüney–Kürkəndi avtomobil yolunun 3 km-lik Kürkəndi–Məmişlər hissəsi əsaslı şəkildə yenidən qurulub.


Eyni zamanda, Məmişlər–Qaratuğay hissəsində gediş-gəlişin yaxşılaşdırılması məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Sabirabad rayonu ərazisində yerləşən avtomobil yollarının texniki-istismar vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində tədbirlər həyata keçirilir.


Hazırda Y-54-01 M-6 (10 km) – Sabirabad–Qaragüney–Kürkəndi avtomobil yolunun qalan hissəsində əsaslı təmir işlərinə start verilib. Görülən işlərin məqsədi nəqliyyatın təhlükəsiz və fasiləsiz hərəkətinin təmin edilməsi, həmçinin kəndlərarası yol infrastrukturunun müasir tələblərə uyğunlaşdırılmasıdır.


Qeyd edək ki, aparılan təmir-bərpa işləri bölgə sakinlərinin gündəlik gediş-gəlişini xeyli asanlaşdıracaq, kənd təsərrüfatı məhsullarının daşınmasını sürətləndirəcək və ümumilikdə yol infrastrukturunun keyfiyyətini yüksəldəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva