Sabirabadda mavi qazın təmiri bərpa olundu.
"Sabirabadxəbər.az" xəbər verir ki, Sabirabad rayonunda aparılan təmir-bərpa işləri başa çatdırılıb. Qəzalı vəziyyətdə olan qaz borularının dəyişdirilməsindən sonra qazın verilişi bərpa olunub. Hazırda ərazilərə qaz normal rejimdə verilir.
Sabirabad rayonu ərazisində, xüsusilə Xəlfəli kəndindən keçən və 2-ci dərəcəli avtomobil yolunun altından keçən qaz xəttində aparılan təmir-bərpa işləri uğurla yekunlaşdırılıb. Qəzalı vəziyyətdə olan, təqribən 500 metr məsafəni əhatə edən boru xətti yenilənərək təhlükəsiz vəziyyətə gətirilib.
Təmir işləri zamanı əhalinin təhlükəsizliyi və fasiləsiz qaz təchizatının bərpası əsas prioritet kimi götürülüb. Texniki təhlükəsizlik tədbirləri görülüb, sızma riski aradan qaldırılıb və xətt sınaqdan keçirildikdən sonra qazın verilişi mərhələli şəkildə bərpa olunub.
Hazırda Sabirabad, Saatlı və İmişli istiqamətində qaz təchizatı normal rejimdədir. Müvəqqəti narahatlığa görə sakinlərdən üzr istənilir, göstərilən anlayışa görə təşəkkür olunur.



