• 10.01.2026 » 19:20

ABŞ-də fırtına səbəbindən ölənlərin sayı 18-ə çatdı

ABŞ-də fırtına səbəbindən ölənlərin sayı 18-ə çatdı © sabirabadxeber.az
Şrift ölçüsü:

Amerika Birləşmiş Ştatlarda bir neçə gündür davam edən qar yağışı fəsadlarsız ötüşmür.

“Sabirabadxəbər.az” xarici KİV-ə istinadən xəbər verir ki, qar fırtınası və soyuq hava şəraiti səbəbindən ölkə üzrə 800 mindən çox insan hələ də işıqsız qalıb, 17 mindən çox aviareys ləğv edilib.

Məlumata görə, Tennessi ştatında hava şəraiti ilə əlaqədar 3 nəfər ölüb. Bununla da ABŞ-də fırtına səbəbindən ölənlərin sayı 18-ə çatıb.

Böyük şəhərlərdə məktəblər ya bağlanıb, ya da distant təhsilə keçib.

Səlahiyyətlilər fırtınanın təsirlərinin günlərlə, hətta həftələrlə davam edə biləcəyini açıqlayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva