• 26.01.2026 » 22:45

“Ötən il əlilliklə bağlı 1500 şəxs barədə qərar ləğv edilib”

“Ötən il əlilliklə bağlı 1500 şəxs barədə qərar ləğv edilib” © sabirabadxeber.az
Şrift ölçüsü:

“Ötən il xüsusi araşdırmalarla əlilliklə bağlı 1500 şəxs barədə qərar ləğv edilib”.

“Sabirabadxəbər.az” xəbər verir ki, bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyəti sədri Ramin Rzayev bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, əvvəlki illərlə müqayisədə saxtakarlığın, qərəzli, neqativ halların qarşısı alınıb: “Vətəndaş saxta olan və ya olmayan sənədlərlə müraciət etsə belə, onları aşkarlaya bilirik. Saxtakarlıq aşkar olunduğu təqdirdə müvafiq hüquq-mühafizə orqanlarına müraciət edilir”.

R.Rzayev əlavə edib ki, 2024-cü illə müqayisədə 2025-ci ildə xəstəxanaya geri qaytarılan göndərişlər 30% azalıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva