• 15.02.2026 » 11:54

FHN-də WUF13-ə hazırlıq məsələləri ilə bağlı toplantı keçirilib

FHN-də WUF13-ə hazırlıq məsələləri ilə bağlı toplantı keçirilib © sabirabadxeber.az
Şrift ölçüsü:

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən BMT-nin Ümumdünya Şəhərsalma Forumunun Bakıda keçiriləcək 13-cü Sessiyasına (WUF13) aidiyyəti üzrə hazırlıqla əlaqədar toplantı keçirilib.

"Sabirabadxəbər.az" xəbər verir ki, bu barədə  FHN-dən məlumat verilib.

Bildirilib ki, "Mehmanxanalarda yanğın təhlükəsizliyinin təmin edilməsi" mövzusunda keçirilmiş toplantıda FHN-in Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə xidmətlərinin, Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin, Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun məsul vəzifəli şəxsləri, mehmanxanaların nümayəndələri iştirak ediblər.

Tədbirdə mehmanxanalarda yanğın təhlükəsizliyinin etibarlı təmin edilməsi, lift və digər qaldırıcı qurğuların saz vəziyyətdə saxlanılmasının zəruriliyi vurğulanıb, mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb.


Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva