• 13.02.2026 » 17:50

Taleh Qaraşov bir nəfəri işdən çıxardı, iki nəfərə yeni vəzifə verdi

Taleh Qaraşov bir nəfəri işdən çıxardı, iki nəfərə yeni vəzifə verdi © sabirabadxeber.az
Şrift ölçüsü:
Lənkəran Şəhər İcra Hakimiyyətində (ŞİH) iki yeni təyinat olub, daha bir nəfər isə işdən çıxarılıb.
"Sabirabadxəbər.az" xəbər verir ki, bununla bağlı icra başçısı Taleh Qaraşov müvafiq əmrlər imzalayıb.
Əmrə əsasən, Fərid Bayramzadə ŞİH-in Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinə müdir müavini və həmin şöbənin Ərazi-təşkilat məsələləri sektoruna isə müdir təyin olunub. O, yeni struktur dəyişikliyindən əvvəl İstehsal və xidmət sahələri sektorunun müdiri işləyib.
Bundan əlavə, icra başçısının digər əmri ilə Sənədlərlə və vətəndaş müraciətləri ilə iş sektorunun məsləhətçisi Sevinc Əliyeva vəzifəsindən azad olunub, onun yerinə Ayşən Əliyeva təyinat alıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva