Şrift ölçüsü:
Çap et
Azərbaycan Respublikasının Baş Prokuroru
Hörmətli cənab Kamran Əliyevə
"Sabirabadxəbər.az" xəbər verirki, bununla bağlı şəhid atası Fuad Abbasov sosial mediada paylaşım edib.
Paylaşımda deyilir, Mən, Şəhid atası Fuad Abasov Sabirabad rayonu ilə bağlı ictimaiyyət arasında uzun müddətdir müzakirə olunan və rayon sakinləri tərəfindən narahatlıqla ifadə edilən hallar barədə Sizə hörmətlə şikayət xarakterli müraciət edirəm.
Rayon sakinlərindən eşitdiyim və bildiyim məlumatlara əsasən, Sabirabad rayonunda Əhədov Abuzər Fərrux oğlu və onun oğlunun ayrı-ayrı vəzifəli şəxslərə təhsil sahəsində işləyən rəhbərliyə, müəllimlərə, cox saylı məmurlara və vətəndaşlara qarşı şantaj, hədə-qorxu qoculuq və pul tələb etmə xarakterli davranışlar göstərməsi barədə iddialar mövcuddur.
Səsləndirilən bu məlumatlara görə, qeyd olunan hallar uzun illərdirki davam edir və cəmiyyətdə ciddi narahatlıq doğurur.
Eyni zamanda, rayon sakinləri tərəfindən Abuzər Əhədov adlı şəxsin qızı Fatimə ilə bağlı da müəyyən ciddi iddialar ifadə olunur. Həqiqət budur Abuzər qızı Fatimə Sabirabad rayon 4 (dörd) saylı Müşfiq adına olan məktəbindən işə getmədiyinə, görə, çıxarılması nəticəsində. Atası Abuzər Əhədov təhsildə işləyənləri şantay etməklə hədə qorxu gələrək,cox ciddi şəkildə hədəliyərək qızını şəhriyar kəndində mövcud olan məktəbə işləməyi ücün məcburi təyin etdirib. Hal hazırda həmin məktəbdə işlə təmin olunan gündən evdə oturaraq işə getmədiyi bildirilir.Bu məsələlərlə bağlı ciddi narazılıqlar mövcuddur.
Xüsusilə qeyd etmək istəyirəm ki, bu müraciətdə əks olunan məqamlar şəxsi müşahidələrimə əsaslanaraq, rayon sakinlərindən eşitdiyim məlumatları, ictimai narahatlıq doğuran səbəblərdən qanunvericiliyin tələblərinə uyğun qaydada yoxlanılması və obyektiv hüquqi qiymət verilməsidir.
Bu cinayətlərə son qoyulmasından ötrü lazımı olan ciddi tədbirlərin görülərək qarşısı alınmasını xahiş edirəm.
Yuxarıda göstərilənləri nəzərə alaraq, qeyd olunan halların araşdırılmasını, zəruri yoxlamaların aparılmasını və nəticəsinə uyğun olaraq qanunvericiliyə əsasən müvafiq tədbirlərin görülməsini xahiş edirəm şəhid atası Fuad Abasov
İddiyalarla bağlı qarşı tərəfi dinləməyə hazırıq.
Kopyalandı



