ABŞ təmsilçisi “Kolumbus Kreu” klubuna transfer olunan “Qarabağ”ın və millimizin hücumçusu Nəriman Axundzadə Azərbaycan futbol tarixinə düşüb.
“Sabirabadxəbər.az" xəbər verir ki, o, yerli futbolçular arasında xarici kluba transfer olunan ən bahalı oyunçudur.
Belə ki, MLS klubu 22 yaşlı forvard üçün 2,5 milyon avrosundan keçib. İndiyə qədər heç bir azərbaycanlı futbolçu bu qiymətə transfer edilməyib.İndiyə qədər Azərbaycan Premyer Liqasından başqa kluba ən baha qiymətə transfer edilən yerli futbolçu Şahruddin Məhəmmədəliyev olub. O, 2023-cü ildə 900 min avro qarşılığında “Qarabağ”dan Türkiyənin “Adana Demirspor” klubuna keçib.Premyer Liqamızdan gedərək legioner həyatı yaşayan ikinci ən bahalı oyunçusu isə “Qarabağ”ın forvardı, baş məşqçi Qurban Qurbanovun oğlu Musa Qurbanlıdır. O da 2023-cü ildə “Qarabağ”dan İsveçin “Yuqorden” klubuna transfer olunub. İvseçlilər hücumçu üçün Ağdam təmsilçisinə 500 min avro ödəyib.



