• 10.02.2026 » 11:47

Nəriman Axundzadə bu kluba keçdi

Nəriman Axundzadə bu kluba keçdi © sabirabadxeber.az
Şrift ölçüsü:

"Qarabağ" klubu futbolçusu Nəriman Axundzadənin ABŞ təmsilçisi "Kolumbus Kru"ya mümkün keçidi ilə bağlı məlumat yayıb.

"Sabirabadxəbər.az" xəbər verir ki, bu barədə Azərbaycan çempionunun rəsmi saytında bildirilib.

"Futbolçumuz Nəriman Axundzadə ilə bağlı klubumuzun MLS (ABŞ) təmsilçisi "Kolumbus Kru" (Columbus Crew) klubu ilə aparılan danışıqları yekun mərhələyə çatmış və tərəflər arasında razılıq əldə olunmuşdur.

Mövcud razılaşmaya əsasən, futbolçuya qarşı tərəf ilə şəxsi müqavilə şərtlərinin müzakirə edilməsinə icazə verilmişdir.

Prosesin növbəti mərhələləri ilə bağlı əlavə məlumat rəsmi şəkildə ictimaiyyətə təqdim olunacaqdır".

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva