Siyasət - Sabirabadxeber.Az - İnformasiya Portalı

Almaniya Azərbaycanın Avropada ən vacib siyasi, iqtisadi və strateji tərəfdaşlarından biridir
Dünya iqtisadiyyatında və siyasətində mühüm rol oynayan rəsmi Berlin Cənubi Qafqazın ən aparıcı ölkəsi sayılan Azərbaycanla əməkdaşlığı dərinləşdirmək üçün səylərini daha da artırır və bu niyyətini dəfələrlə bəyan edib, bu istiqamətdə əməli addımlar da atıb.

İlk növbədə Almaniya Avropa İttifaqının aparıcı dövləti kimi Cənubi Qafqazda gedən prosesləri yaxından izləyir və vəziyyəti düzgün qiymətləndirərək reallığa uyğun qərarlar qəbul edir. Digər tərəfdən, Almaniya Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasının tərəfdarı, sülhün bərqərar olmasının əsas dəstəkçilərindən biridir.

1992-ci il yanvarın 12-də Azərbaycanın müstəqilliyini tanıyan Berlinlə Bakı arasında həmin ilin fevralın 20-də diplomatik münasibətlər qurulub. Diplomatik münasibətlərin yaranmasından sonra Azərbaycan və Almaniya arasında əlaqələr mütəmadi olaraq inkişaf edib.

Azərbaycan-Almaniya münasibətləri təkcə iqtisadi və siyasi maraqlara əsaslanmır. Xalqlarımız arasında əlaqələrin də dərin tarixi kökləri var. Bu əlaqələrin arxasında dərin humanitar və mədəni bağlar dayanır. Əsrlər boyu müxtəlif mədəniyyətlərin və dinlərin dinc yanaşı yaşadığı tolerantlıq və multikulturalizm məkanı olan Azərbaycanda zəngin alman irsi xüsusi yer tutur. XIX əsrin əvvəllərində alman ailələrinin Azərbaycana köçməsi ilə Göygöl (tarixi Yelenendorf) və Şəmkir (Annenfeld) başda olmaqla Gəncə, Qazax, Tovuz və Ağstafa bölgələrində alman koloniyaları yaranıb. Almanlar Azərbaycanda üzümçülük və şərabçılığın təməlini qoyub, memarlıq və sənaye mədəniyyətinə böyük töhfələr veriblər. Bu inteqrasiya o qədər dərin olub ki, 1918-ci ildə qurulan Azərbaycan Xalq Cümhuriyyətinin parlamentində milli azlıqları təmsil edən fraksiyanın üzvlərindən biri məhz almanəsilli Lorentz Kuntz idi.

Bu gün də Azərbaycan dövləti ölkədəki alman tarixi-mədəni irsinə, alman kilsələrinə və abidələrinə böyük hörmətlə yanaşır, onların qorunub saxlanmasını təmin edir. Bu tolerant mühit humanitar əlaqələrin genişlənməsinə, minlərlə azərbaycanlı tələbənin DAAD proqramları vasitəsilə Almaniyada təhsil almasına və Bakı Höte Mərkəzi kimi qurumların fəaliyyətinə münbit zəmin yaradır.

Qeyd edək ki, Almaniya hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Münaqişənin həllində obyektiv mövqeyi ilə seçilib. Məsələn, Almaniya Qarabağda vaxtilə mövcud olan separatçı rejimi tanımayıb. Bununla da öz mövqeyini nümayiş etdirmiş olub. Azərbaycan hazırda Qarabağda bərpa, yenidənqurma işləri həyata keçirməklə yeni bir inkişaf mərhələsini yaşayır. Almaniya şirkətləri də işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərində iştiraka maraq göstərir və bununla bağlı müraciətlər də var.

İyulun 20-də Azərbaycan Prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasına rəsmi səfərə gəlib. Səfər çərçivəsində Berlində Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək və geniş tərkibdə görüşləri olub. Daha sonra ölkə başçısı Almaniyanın Federal Kansleri Fridrix Merts ilə görüşlər keçirib. Görüşlərdən sonra “Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə”, həmçinin Azərbaycan-Almaniya Biznes Şurasının yaradılmasına və fəaliyyətinə dair Birgə Bəyannamə imzalanıb.

İmzalama mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Federal Kansleri Fridrix Merts Berlində mətbuata bəyanatlarla çıxış edib, jurnalistlərin suallarını cavablandırıblar.

Prezidenti İlham Əliyev birgə mətbuat konfransında imzalanmış sənədlərin iki ölkə arasında əlaqələrin yeni səviyyəyə qaldıracağına əminliyini bildirib. Dövlətimizin başçısı deyib: “Biz artıq strateji dialoqun başlanmasını arzulayırdıq və buna nail olmuşuq”.

Ölkə başçısı bildirib ki, Almaniya Avropa İttifaqının aparıcı ölkəsi kimi Cənubi Qafqazda öz təsirini artırmaqdadır. Dövlətimizin başçısı qeyd edib: “Azərbaycan-Almaniya əlaqələri təkcə ikitərəfli münasibətlərə yox, bütövlükdə bölgəmizdə əməkdaşlığa, sülhə, əmin-amanlığa öz töhfəsini verəcək”.

Almaniyanın Federal Kansleri Fridrix Merts bildirib ki, Almaniyanın və Azərbaycanın siyasi təhlükəsizliyi və iqtisadi maraqları əhəmiyyətli şəkildə böyük müharibələrin təsirinə məruz qalıb. O deyib ki, ayrı-ayrılıqda bu müharibələr fərqli olsa belə, biz danışıqlar yolu ilə həllin əldə edilməsini müdafiə edirik. “Burada bizə əminliyi verən odur ki, yalnız bu halda, son nəticədə davamlı sülhə, təhlükəsizliyə və sabitliyə nail olmaq olar”, – deyə Kansler vurğulayıb.

Kansler Merts vurğulayıb ki, sülh, təhlükəsizlik və sabitlik bizə Cənubi Qafqazda da lazımdır. Almaniyanın və Avropa İttifaqının tam marağındadır ki, geosiyasi cəhətdən vacib olan bu region sakitləşsin.

Prezident İlham Əliyevi sülh müqaviləsinin paraflanması münasibətilə təbrik edən Kansler deyib: “Sözügedən müqavilə Azərbaycan və Ermənistan tərəfindən möhürləndi. Bu tarixi müqavilə uzun münaqişənin daimi olaraq öhdəsindən gəlməyə yeni şans verir”.

Azərbaycan və Almaniya arasında siyasi əlaqələr hazırda da yüksək səviyyədədir, effektiv dialoq mövcuddur. Təsadüfi deyil ki, Berlin bu illər ərzində Avropada Bakının ən vacib siyasi-iqtisadi tərəfdaşlarından birinə çevrilib. Eləcə də, Avropa İttifaqının Şərqi Avropa ölkələri ilə sıx əməkdaşlığını nəzərdə tutan “Şərq Tərəfdaşlığı” təşəbbüsünün fəal müdafiəçisi və təşviqatçısıdır.

Rəşad Qurbanov,

Sabirabad rayon Gənclər evinin direktoru

"Mediamız milli maraqlarımızın müdafiəsində səylərini əsirgəməyəcək" - Hikmət Hacıyev
Azərbaycan mediası qlobal informasiya məkanında əldə etdiyi mövqeləri daha da genişləndirəcək, eyni zamanda, öz fəaliyyət prinsiplərinə sədaqət nümayiş etdirərək cəmiyyətdə vətənpərvərliyin, milli həmrəyliyin daha da güclənməsi, milli maraqlarımızın müdafiəsində səylərini əsirgəməyəcək.

"Sabirabadxəbər" xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev 22 İyul Milli Mətbuat Günü ilə bağlı "X" hesabındakı paylaşımında qeyd edib.

H. Hacıyevin sözlərinə görə, bu gün cəmiyyət Azərbaycan milli mətbuatı növbəti ildönümünü qeyd edir:

"1875-ci il iyulun 22-də böyük maarifçi Həsən bəy Zərdabi tərəfindən əsası qoyulmuş mətbuatımızın inkişaf yolu əsl vətənpərvərliyin, dövlətçilik ideyalarına sədaqətin və milli tərəqqi uğrunda yorulmaz mübarizənin bariz nümunəsidir. 1990-cı illərin ortalarından başlayaraq Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən media siyasəti ölkəmizdə söz və məlumat azadlığının, fikir plüralizminin təmin edilməsi ilə yanaşı, güclü, peşəkar medianın formalaşması və inkişafı üçün etibarlı zəmin yaratdı. Sonrakı dövrdə Ulu Öndər tərəfindən əsası qoyulmuş siyasətin uğurla davam etdirilməsi, bu istiqamətdə ardıcıl şəkildə həyata keçirilən islahatlar mediamızın müasir çağırışlara uyğun inkişafınıtəmin etdi, qlobal informasiya məkanında təsir imkanlarını genişləndirdi".

Prezidentin köməkçisi əlavə edib ki, 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan mediası vətənpərvərlik, həmrəylik nümunəsi ortaya qoyaraq Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə çatdırılmasında, ölkəyə qarşı həyata keçirilən informasiya təxribatlarının ifşa edilməsində mühüm rol oynayıb6

"Prezident İlham Əliyev Azərbaycan mediasının fəaliyyətini qiymətləndirərək bildirib: "Bu gün bizim mediamız nəinki ölkə daxilində, hətta beynəlxalq müstəvidə çox böyük nüfuz qazanıb və bunu tam səmimiyyətlə deyirəm... Bu gün Azərbaycan mediası dövlət maraqlarını qorumağa qadirdir. Azərbaycana qarşı olan əsassız ittihamları arqumentlərlə, ciddi təhlillə və faktlar əsasında ifşa etməkdə də böyük uğurlar əldə edib. Bizim mediamız nəinki dövlət maraqlarını müdafiə edir, eyni zamanda, lazım gəldikdə hücuma da keçir".

O qeyd edib ki, dünyada və regionda mürəkkəb proseslərin cərəyan etdiyi, müharibələr və qarşıdurmaların səngimədiyi bir dövrdə Azərbaycan təhlükəsizliyi, inkişaf dinamikası ilə seçilir, müstəqil və prinsipial siyasətini, güc mərkəzləri ilə bərabərhüquqlu tərəfdaşlıq əlaqələrini daha da genişləndirir:

"Sevindirici haldır ki, mediamız öz fəaliyyətini mövcud reallığa uyğunlaşdırmağı bacarır, qlobal informasiya məkanında müasir trendləri nəzərə alır, qabaqcıl texnologiyaların tətbiqi, rəqəmsallaşma, süni intellekt və digər bu kimi inkişaf perspektivini müəyyənləşdirən vacib məsələlərin həllində fəallığı ilə seçilir. Əminik ki, mediamız qlobal informasiya məkanında əldə etdiyi mövqeləri daha da genişləndirəcək, eyni zamanda, öz fəaliyyət prinsiplərinə sədaqət nümayiş etdirərək cəmiyyətimizdə vətənpərvərliyin, milli həmrəyliyin daha da güclənməsi, milli maraqlarımızın müdafiəsində səylərini əsirgəməyəcək. Azərbaycan mediasını, əziz jurnalistlərimizi peşə günü münasibətilə səmimi qəlbdən təbrik edir, sizə cansağlığı və dəyərli fəaliyyətinizdə uğurlar arzulayıram".

İlham Əliyev İspaniya Kralını təbrik etdi
Prezident İlham Əliyev İspaniyanın Kralı VI Felipeyə təbrik məktubu ünvanlayıb.

"Sabirabadxəbər" xəbər verir kİ, təbrik məktubunda deyilir:

"Əlahəzrət,

2026 FIFA Dünya Kubokunda İspaniya milli futbol komandasının möhtəşəm qələbəsi və ikinci dəfə dünya çempionu adını qazanması münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Futbol üzrə dünya birinciliyinin oyunlarında yüksək ustalıq, böyük əzmkarlıq və sarsılmaz iradə nümayiş etdirərək azarkeşlərinə unudulmaz anlar və hədsiz sevinc bəxş etmiş İspaniya futbolçularına ən səmimi təbriklərimi yetirir, onlara yeni-yeni uğurlar arzulayıram".

Azərbaycanın təzyiqindən sonra İsrail səsverməni dayandırıb - “Haaretz”
İsrail hökumətinin ötən ay təsdiqlənmiş "erməni soyqırımı"nı tanımaq qərarı, Azərbaycanın təzyiqindən sonra Knessetdə səsverməyə çıxarılmayıb.

"Sabirabadxəbər" xəbər verir ki, bu barədə İsrailin "Haaretz" qəzeti məlumat yayıb.

Qəzetin mənbəyinə görə, İsrail xarici işlər naziri Gideon Saar məsələni irəli sürüb, lakin Baş nazir Benyamin Netanyahu Azərbaycan Prezidenti İlham Əliyevin köməkçisi Hikmət Hacıyevin İsrail Baş nazirinin ofisi ilə əlaqə saxlamasından sonra səsverməni dayandırıb.

"Haaretz"in məlumatına görə, İsrail tərəfi daha sonra Azərbaycan nümayəndələrinə məsələnin Knessetin gündəliyindən çıxarıldığını və səsverməyə daxil edilməyəcəyini bildirib.

İnsan alverinə qarşı mübarizə ilə bağlı sənəd - Təsdiqləndi
Prezident İlham Əliyev “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2026–2030-cu illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.

“Sabirabadxəbər” xəbər verir ki, Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək, Daxili İşlər Nazirliyinə Milli Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsini əlaqələndirmək tapşırılıb.

DİN Milli Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin icra vəziyyəti barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

Milli Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini DİN-in sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirəcək.

Azərbaycan və Türkiyə bu tədbirə birgə ev sahibliyi edəcək
COP29 Sədrliyi və qarşıdan gələn COP31 Sədrliyi 22-23 iyul tarixlərində Azərbaycanda görüşəcək.

"Sabirabadxəbər"ın əldə etdiyi məlumata görə, görüş Şamaxı şəhərində keçiriləcək.

Beləliklə, Bakı və Ankara BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konfransının (UNFCCC) danışıqlar qruplarının sədrlərini və nümayəndə heyətlərinin rəhbərlərini bir araya gətirən yüksək səviyyəli tədbirə birgə ev sahibliyi edəcək.

Bu qeyri-rəsmi toplantı, COP 31-dən əvvəl açıq dialoqu asanlaşdırmaq, etimad yaratmaq və iqlim tədbirləri üzrə kollektiv səyləri inkişaf etdirmək üçün platforma rolunu oynayacaq.

Prezidentlər Baş Qərvənd kəndində - FOTOLAR
Azərbaycan Prezidenti İlham Əliyev və ölkədə rəsmi səfərdə olan Slovakiya Prezidenti Peter Pelleqrini iyulun 14-də Ağdam rayonunun Baş Qərvənd kəndində görülən işlərlə tanış olub, Milan Rastislav Ştefanik adına 840 şagird yerlik Baş Qərvənd kənd tam orta məktəb binasının təməlini qoyublar.

"Sabirabadxəbər" xəbər verir ki, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov Azərbaycan və Slovakiya prezidentlərinə Ağdamın Baş Qərvənd kəndində görülən işlər barədə məlumat verib.

Baş Qərvənd kəndi Bərdə-Ağdam avtomobil yolunun və Bərdə-Ağdam dəmir yolu xəttinin sağ tərəfində, Ağdam şəhərinin mərkəzindən 18 kilometr məsafədə yerləşir. Uzun illər erməni işğalı altında qalan kənd 2020-ci il noyabrın 20-də azad edilib.

Prezident İlham Əliyev kəndin təməlini 2023-cü il dekabrın 24-də qoyub.

Hazırda kənddə zəruri sosial infrastruktur qurulur, o cümlədən inzibati və xidmət binaları inşa edilir. Burada çoxfunksiyalı inzibati bina, tibb məntəqəsi, tam orta məktəb, uşaq bağçaları olacaq.

Kənddə ümumi uzunluğu 35 kilometr olan avtomobil yolları çəkilir, rabitə sistemi, elektrik, qaz, içməli su və çirkab suların axıdılması şəbəkələri yaradılır. Enerji daşıyıcılarına qənaət etmək məqsədilə Baş Qərvənd kəndində alternativ enerjidən istifadə olunacaq.

Azərbaycan və Slovakiya prezidentlərinə Milan Rastislav Ştefanik adına 840 şagird yerlik Baş Qərvənd kənd tam orta məktəbi barədə də məlumat verildi.

Bildirildi ki, məktəbin ərazisi 3 hektardır. Binada ümumilikdə 35 sinif, texnologiya, hərbi hazırlıq, kompüter otaqları, kitabxana, fizika, biologiya və kimya laboratoriyaları yaradılacaq.

Burada, eyni zamanda, akt və idman zalları, bufet və digər zəruri tədris infrastrukturu olacaq.

Binanın elektrik təchizatını təmin etmək üçün Günəş panellərinin quraşdırılması nəzərdə tutulur.

Məktəbin ərazisində həm şagirdlər, həm də sakinlər üçün qaçış zolağı olan geniş idman meydançası, oyun və istirahət sahələri yaradılacaq, yaşıllıq zolaqları salınacaq.

Azərbaycan və Slovakiya prezidentləri məktəbin təməlini qoyublar.

Qeyd edək ki, Baş Qərvənd kəndinin inşasında Slovakiya şirkətləri iştirak edirlər. Kənddə inşa olunacaq məktəb isə Slovakiya tərəfindən Azərbaycana hədiyyə olunur.

Sonra dövlət başçıları kənddə inşa edilmiş evdə yaradılan şəraitlə tanış olublar.

Diqqətə çatdırılıb ki, ümumi ərazisi 480 hektara yaxın olan kəndin tikintisi 2 mərhələdə aparılacaq. Birinci mərhələ 200 hektardan çox sahəni əhatə edir. Bu mərhələdə 3703 nəfərin yaşayışı üçün 851 fərdi ev inşa olunacaq. Evlərdən 170-i ikiotaqlı, 417-si üçotaqlı, 145-i dördotaqlı, 119-u isə beşotaqlıdır.

Azərbaycanın, həm də Avropanın iqtisadi və siyasi maraqlarına mühüm töhfə
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen arasında keçirilən görüş Azərbaycan–Avropa İttifaqı münasibətlərinin inkişafında mühüm siyasi hadisədir. Müasir beynəlxalq münasibətlər sistemində enerji təhlükəsizliyi, nəqliyyat dəhlizləri, yaşıl enerji, rəqəmsal transformasiya və regional sabitlik kimi məsələlərin ön plana çıxdığı bir dövrdə bu görüşün xüsusi əhəmiyyəti var.

Son illərdə Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı tərəfdaş kimi öz mövqeyini daha da möhkəmləndirib. Cənub Qaz Dəhlizi vasitəsilə Avropa bazarına qaz tədarükünün artırılması, eləcə də bərpa olunan enerji sahəsində həyata keçirilən irimiqyaslı layihələr ölkəmizin strateji əhəmiyyətini daha da gücləndirir. Bu baxımdan görüşdə enerji əməkdaşlığının genişləndirilməsi və yaşıl enerji layihələrinin inkişafı ilə bağlı aparılan müzakirələr qarşılıqlı maraqlara əsaslanan əməkdaşlığın gələcək perspektivlərini müəyyənləşdirir.

Görüşün digər mühüm istiqamətlərindən biri Orta Dəhlizin inkişafı oldu. Azərbaycan Şərqlə Qərbi birləşdirən əsas logistika mərkəzlərindən birinə çevrilməkdədir. Bakı limanı, dəmir yolu infrastrukturu və beynəlxalq nəqliyyat layihələri Avropa ilə Mərkəzi Asiya arasında iqtisadi əlaqələrin möhkəmlənməsində mühüm rol oynayır. Avropa İttifaqının bu marşruta artan marağı Azərbaycanın geostrateji mövqeyinin daha da möhkəmləndiyini göstərir.

Regional təhlükəsizlik və sülh gündəliyi də görüşün əsas mövzularından biri idi. Azərbaycanın Cənubi Qafqazda dayanıqlı sülhün təmin olunması istiqamətində atdığı addımlar, Ermənistanla münasibətlərin normallaşdırılması səyləri və regionda yeni əməkdaşlıq mühitinin formalaşdırılması Avropa İttifaqı tərəfindən diqqətlə izlənilir. Sülh müqaviləsinin imzalanması istiqamətində əldə olunan irəliləyiş regionun gələcək inkişafı üçün mühüm əhəmiyyət daşıyır.

Bu görüş həm də onu göstərdi ki, Azərbaycan artıq yalnız enerji ixrac edən ölkə deyil. Ölkəmiz nəqliyyat, logistika, rəqəmsal inkişaf, yaşıl enerji və beynəlxalq əməkdaşlıq sahələrində mühüm tərəfdaşa çevrilib. Prezident İlham Əliyevin həyata keçirdiyi praqmatik və milli maraqlara əsaslanan xarici siyasət Azərbaycanın beynəlxalq nüfuzunu davamlı şəkildə artırır, ölkəmizin Avropa və Asiya arasında etibarlı körpü rolunu daha da gücləndirir.

Ursula fon der Lyayenin Bakıya səfəri və Prezident İlham Əliyevlə keçirdiyi görüş bir daha nümayiş etdirdi ki, Azərbaycan Avropa İttifaqı üçün strateji tərəfdaşdır. Qarşılıqlı hörmət, bərabərhüquqlu əməkdaşlıq və ortaq maraqlar əsasında inkişaf edən bu münasibətlər gələcəkdə həm Azərbaycanın, həm də Avropanın iqtisadi və siyasi maraqlarına mühüm töhfələr verəcək. Bu əməkdaşlıq təkcə ikitərəfli münasibətlərin inkişafına deyil, bütövlükdə Cənubi Qafqazda sabitliyin, rifahın və uzunmüddətli tərəfdaşlığın möhkəmlənməsinə xidmət edir.

Nərmin Zeynalova,

3 saylı Sabirabad şəhər uşaq bağçasının müdiri

Azərbaycan XİN ABŞ-ni təbrik etdi
Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) ABŞ-ni Müstəqillik Günü və Birləşmiş Ştatların 250 illiyi münasibətilə təbrik edib.

"Sabirabadxəbər" xəbər verir ki, bununla bağlı XİN-in "X"dəki hesabında paylaşım olunub.

"Amerika Birləşmiş Ştatları Müstəqillik Gününü qeyd etdiyi və müstəqilliyinin 250 illiyini qeyd etdiyi bir vaxtda, bu tarixi hadisə münasibətilə Amerika xalqını səmimi qəlbdən təbrik edirik.

4 İyul bayramınız mübarək və bu əlamətdar hadisə münasibətilə Amerika Birləşmiş Ştatları hökumətinə və xalqına ən xoş arzularımızı çatdırırıq!", - paylaşımda qeyd olunur.

Mehriban Əliyeva Silahlı Qüvvələr Günü münasibətilə paylaşım etdi (FOTO)
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial media hesablarında 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib.

"Sabirabadxəbər" xəbər verir ki, paylaşımda deyilir:

“Xalqımıza Zəfər sevincini bəxş etmiş Ordumuzla qürur duyuruq! Allah Vətən uğrunda qəhrəmancasına həlak olmuş şəhidlərimizə rəhmət eləsin! Uca Tanrı xalqımızı və doğma Azərbaycanımızı qorusun!”.