Sabirabad - Sabirabadxeber.Az - İnformasiya Portalı

Peşə təhsili müəssisələrinə tələbə qəbuluna start verilir.
🎓 Peşə təhsili müəssisələrinə tələbə qəbuluna start verilir.

📌 Qəbul qaydaları:

🔶 İlk və texniki peşə təhsili səviyyələri üzrə qəbul ərizəçinin attestatında göstərilən müvafiq fənlər üzrə qiymətlərinin orta balı əsasında həyata keçirilir;

🔶 Yüksək texniki peşə təhsili səviyyəsi üzrə qəbul buraxılış imtahanlarının nəticəsi əsasında həyata keçirilir.

🕐 Son müraciət tarixi: 10 avqust, 18:00

🔗 Qeydiyyat linki: https://portal.edu.az/

🔗 Qəbul planı: https://shorturl.at/yWxTW

🔗 Ətraflı: https://vet.edu.gov.az/news/content/1336/inner

Kürün üzərindəki ödənişli körpü dağıldı - Video
Kür çayında suyun səviyyəsinin kəskin artması bir sıra fəsadlar törətməkdədir.

“Sabirabadxəbər” xəbər verir ki, Sabirabad rayonunun Qaraqaşlı, Quruzma və Qəzli kəndlərini rayon mərkəzi ilə birləşdirən ödənişli körpü suyun artması səbəbindən dağılaraq yararsız hala düşüb.

Bu səbəbdən bəzi sürücülərin istifadə etdiyi alternativ yollardan biri sıradan çıxıb.

Bildirilir ki, fərdi sahibkarın hazırlatdığı körpü bir neçə ildir ödənişli olaraq əhaliyə xidmət göstərir. Keçidi 50 qəpik olan körpü sürücülərin yolunu 25-30 kilometrədək qısaldır.

Sabirabad məktəbində polis xidmətinə həsr olunmuş görüş keçirilib
"Sabirabadxəbər" xəbər verir ki, Gənclərin Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi sistemində təhsilə və xidmətə təşviq olunması istiqamətində həyata keçirilən silsilə maarifləndirici tədbirlər davam edir.

Sabirabad şəhəri Səməd Vurğun adına 3 nömrəli tam orta ümumtəhsil məktəbində 9-11-ci sinif şagirdləri ilə maarifləndirici görüş keçirilib. Görüşdə Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Bəhruz Nəbili və Sabirabad Rayon Polis Şöbəsinin rəisi polis polkovniki Ramin Qədirov iştirak ediblər.

Tədbir zamanı Polis Akademiyasına kursant qəbulu qaydaları barədə şagirdlərin sualları ətraflı cavablandırılıb. İştirakçılara qəbul şərtləri, seçim mərhələləri, eləcə də kursantların maddi və sosial təminatı, təqdim olunan güzəştlər və imtiyazlar barədə geniş məlumat verilib. Bildirilib ki, Akademiyada kursantların hərtərəfli inkişafı üçün müasir infrastruktur yaradılıb - zəngin kitabxanalar, xarici dil kursları, ixtisaslaşmış laboratoriyalar, rahat yataqxanalar və asudə vaxtın səmərəli təşkili üçün müxtəlif imkanlar mövcuddur.

Görüş çərçivəsində, həmçinin Polis Akademiyasında təşkil olunan tədris prosesi, kursantların peşəkar hazırlığı və gündəlik həyatı ilə bağlı videoçarx nümayiş etdirilib.

Sabirabad Rayon Mərkəzi Xəstəxanasında Zərifə Əliyevaya həsr olunmuş tədbir
"Sabirabadxəbər" bildirir ki, Bu gün Sabirabad Rayon Mərkəzi Xəstəxanasında görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.

Tədbir iştirakçıları əvvəlcə Müasir Müstəqil Azərbaycan Dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin, akademik Zərifə xanım Əliyevanın və həmçinin Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tədbirdə çıxış edən Sabirabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov çıxışında vurğulayıb ki, Zərifə xanım Əliyeva həm nəcib insan, həm də dahi alim kimi xalqımızın qəlbində əbədi yaşayacaqdır. O, Zərifə xanımın Ulu Öndər Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı və silahdaşı kimi dövlətçiliyimizin möhkəmlənməsindəki mənəvi rolunu xüsusi diqqətə çatdırıb.

Daha sonra çıxış edən YAP Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov akademik Zərifə Əliyevanın Azərbaycan tibb elminin inkişafındakı misilsiz xidmətlərindən, onun zəngin elmi irsindən və humanist fəaliyyətindən geniş bəhs edib. Təşkilat sədri qeyd edib ki, Zərifə xanımın ömür yolu hər bir Azərbaycan qadını və tibb işçisi üçün əsl örnəkdir.

Daha sonra çıxış edənlər Elnur Əzizov, Ziyafət Sadayeva və Xədicə Mirzəliyeva akademik Zərifə Əliyevanın oftalmologiya sahəsində apardığı fundamentallar tədqiqatların bu gün də dünya tibb elmi üçün aktual olduğunu qeyd ediblər. Bildirilib ki, Zərifə xanımın traxoma xəstəliyinin müalicəsi və profilaktikası sahəsindəki fəaliyyəti minlərlə insanın gözünə nur bəxş edib.

Tədbirin sonunda xatirə şəkili çəkdirilib.

Sabirabadda akademik Zərifə Əliyevanın xatirəsi ehtiramla yad edilib
Sabirabadda akademik Zərifə Əliyevanın xatirəsi ehtiramla yad edilib

"Sabirabadxəbər" məlumat verir ki, Sabirabad rayonunda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 103-cü ildönümü münasibətilə tədbir keçirilib.

Mil-Muğan Regional Mədəniyyət İdarəsinin təşəbbüsü ilə Sabirabad rayon Mərkəzi Kitabxanasında keçirilən dəyirmi masada idarənin rəisi, mədəniyyət işçiləri və kitabxana əməkdaşları iştirak ediblər.

Tədbirdə çıxış edən Mil-Muğan Regional Mədəniyyət İdarəsinin rəisi Nadir Quliyev akademik Zərifə xanım Əliyevanın zəngin elmi fəaliyyəti, tibb sahəsindəki mühüm xidmətləri və mənalı həyat yolu barədə ətraflı məlumat verib. Bildirilib ki, onun oftalmologiya elminə verdiyi töhfələr, yüksək insani keyfiyyətləri və fədakar fəaliyyəti bu gün də böyük ehtiramla yad olunur.

Daha sonra çıxış edənlər Zərifə xanım Əliyevanın elmi irsindən, oftalmologiya sahəsində qazandığı uğurlardan, humanist və qayğıkeş şəxsiyyətindən bəhs edərək onun həyat və fəaliyyətinin gənc nəsil üçün örnək olduğunu vurğulayıblar.

Sonda akademikin əziz xatirəsi ehtiramla anılıb

Sabirabad Yanğın Mühafizəçilərindən Böyük Uğur – Muğan Zonasında 2-ci Yer!
Sabirabaddan növbəti uğur! 🔥

"Sabirabadxəbər" xəbər verir ki, Sabirabad Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin fədakar əməkdaşları Muğan zona yarışında yüksək nəticə göstərərək 2-ci yerə layiq görülüblər.

Bu qürurverici nailiyyət münasibətilə bütün kollektivi ürəkdən təbrik edir, çətin və məsuliyyətli işlərində yeni-yeni uğurlar arzulayırıq.

Siz bizim qürurumuzsunuz! 👏🇦🇿

Sabirabad Gənclər Evinin komandası region birincisi oldu
Sabirabad Gənclər Evinin komandası region birincisi oldu

"Sabirabadxəbər" xəbər verir ki, Sabirabad rayonunda gənclərin intellektual inkişafı istiqamətində mühüm addımlar atan Sabirabad Gənclər evi daha bir uğura imza atıb. Müəssisənin formalaşdırdığı güclü intellektual baza öz nəticəsini verərək, gənclər növbəti dəfə region səviyyəsində fərqləniblər.

İmişli rayonunda təşkil olunan “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə region turnirində Sabirabad Gənclər Evinin komandası qələbə qazanaraq I yerə layiq görülüb. Turnir Mil-Muğan Regional Gənclər və İdman İdarəsi və Mil-Muğan Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə Uşaq-Gənclər İdman-Şahmat məktəbində keçirilib.

Gərgin və maraqlı mübarizə şəraitində baş tutan yarışda ümumilikdə 10 komanda və 54 gənc iştirak edib. Sabirabad Gənclər Evinin “Terminal” komandası yüksək intellektual hazırlığı, çevik düşünmə qabiliyyəti və komanda ruhu ilə bütün rəqiblərini geridə qoyaraq turnirin qalibi olub.

Qalib komanda yarışın sonunda diplomlarla təltif olunub. Bu uğur Sabirabad Gənclər Evində aparılan məqsədyönlü fəaliyyətin, gənclərin intellektual potensialının inkişafına verilən diqqətin bariz nümunəsidir.

Qeyd edək ki, Sabirabad Gənclər Evi istedadlı gənclərin üzə çıxarılması, onların inkişafına dəstək verilməsi və regionda güclü intellektual mühitin formalaşdırılması istiqamətində fəaliyyətini davam etdirir.

Sabirabadda “Şahin” hərbi-idman oyunları üzrə rayon mərhələsi keçirilib
Sabirabadda “Şahin” hərbi-idman oyunları üzrə rayon mərhələsi keçirilib.

"Sabirabadxəbər" xəbər verir ki, Sabirabad OİK-də Mil-Muğan Regional Gənclər və İdman İdarəsi, Mil-Muğan Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə tam orta məktəblərin X və XI sinif şagirdləri arasında “Şahin” hərbi-idman oyunu üzrə respublika birinciliyinin Sabirabad rayon mərhələsi keçirilib. 27 məktəbin iştirakı ilə baş tutan yarışda H.Z.Tağıyev adına şəhər 6 saylı məktəbin komandası I yerə, M.Müşfiq adına şəhər 4 saylı tam orta məktəbin komandası ll yerə, M. Məlikov adına Şəhriyar kənd tam orta məktəbi isə III yerə layiq görülüb. H.Z.Tağıyev adına şəhər 6 saylı tam orta məktəbin komandası I yerə çıxmaqla Sabirabad rayonunda keçiriləcək zona birinciliyinə iştirak hüququ qazanıb.

28 Aprel – Əməyin Mühafizəsi Günü qeyd olunub
28 Aprel – Ümumdünya Əməyin Mühafizəsi Günü ilə əlaqədar maarifləndirici tədbirlər keçirilib.

"Sabirabadxəbər" xəbər verir ki, Mil-Muğan Regional Mədəniyyət İdarəsinin xidməti əhatəsinə daxil olan rayonlarda fəaliyyət göstərən mədəniyyət müəssisələri ilə Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının yerli bölmələrinin birgə təşkilatçılığı ilə 28 Aprel – Ümumdünya Əməyin Mühafizəsi Günü münasibətilə maarifləndirici tədbirlər təşkil olunub.

Tədbirlərin məqsədi iş yerlərində əməyin mühafizəsinin düzgün təşkili, bədbəxt hadisələrin qarşısının alınması, işçilərin istirahət və məzuniyyət hüquqları barədə məlumatlılığın artırılması, həmçinin əmək qanunvericiliyində edilmiş son dəyişikliklərin diqqətə çatdırılması olub.

Çıxış edənlər bildiriblər ki, təhlükəsiz və sağlam əmək şəraitinin təmin olunması hər bir müəssisənin əsas prioritetlərindən biridir. Qeyd olunub ki, əməyin mühafizəsi üzrə mütəxəssislərin rolu bu sahədə mühüm əhəmiyyət kəsb edir və yeni qəbul edilmiş standartlar iş yerlərində təhlükəsizlik səviyyəsinin yüksəldilməsinə xidmət edir.

Vurğulanıb ki, aparılan islahatlar çərçivəsində normativ-hüquqi aktlara 400-dən çox dəyişiklik edilib və bu dəyişikliklərin əsas məqsədi əmək münasibətlərinin təkmilləşdirilməsi, işçi və işəgötürən hüquqlarının daha effektiv qorunması, eləcə də əmək bazarında şəffaflığın artırılmasıdır.

Sonda iştirakçıların sualları cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb.

Sabirabadda “Əlaçı” intellektual oyununun seçim turu keçirilib
Mil-Muğan Regional Təhsil İdarəsi üzrə “Əlaçı” intellektual oyununun seçim turu keçirilib.

"Sabirabadxəbər" xəbər verir ki,

Sabirabad şəhəri Mirzə Ələkbər Sabir adına 1 nömrəli tam orta ümumtəhsil məktəbində IX sinif şagirdləri arasında Elm və Təhsil Nazirliyi ilə İctimai Televiziyanın birgə layihəsi olan “Əlaçı” intellektual oyununun seçim turu keçirilib.

Test üsulu ilə keçirilən seçim turunda şagirdlərə bütün fənləri və dünyagörüşü əhatə edən suallar təqdim olunub. Müsabiqənin nəticələri barədə məlumatlar şagirdlərin təhsil aldıqları məktəblərə göndəriləcək.

Müsabiqədə Beyləqan, İmişli, Saatlı və Sabirabad rayonlarından ümumilikdə 99 nəfər IX sinif şagirdi iştirak edib.

Qeyd edək ki, seçim turunun nəticələrinə əsasən ən yüksək nəticə göstərən şagirdlər “Əlaçı” televiziya layihəsinin çəkilişlərində iştirak hüququ qazanacaqlar.

Layihənin məqsədi istedadlı yeniyetmələri üzə çıxarmaq və onların intelektual inkişafını stimullaşdırmaqdır.