Sabirabadxeber.Az - İnformasiya Portalı

Temperatur 41 dərəcəyə yüksələcək - XƏBƏRDARLIQ
Bakıda və Abşeron yarımadasında iyulun 25-26-da havanın maksimal temperaturunun 35-38, bəzi ərazilərdə isə 40 dərəcəyə yaxın isti olacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən "Sabirabadxəbər"ə verilən məlumata görə, Azərbaycanın bəzi rayonlarında da iyulun 25-29-da havanın maksimal temperaturunun 35-40, Mərkəzi Aran və Naxçıvan MR-nın bəzi yerlərində isə 41 dərəcəyədək yüksələcəyi gözlənilir.

Milli mətbuat Azərbaycanın ictimai-siyasi həyatında aparıcı qüvvəyə çevrilmişdir
XIX əsrin ikinci yarısında Azərbaycanda maarifçilik hərəkatının genişlənməsi, milli düşüncənin formalaşması və ana dilinin inkişaf etdirilməsi zərurəti milli mətbuatın meydana çıxmasını şərtləndirdi. O, mətbuatı cəmiyyətin inkişafının, xalqın maariflənməsinin və milli özünüdərkin ən təsirli vasitələrindən biri hesab edirdi. 1875-ci il iyulun 22-də böyük maarifçi Həsən bəy Zərdabinin nəşr etdirdiyi "Əkinçi" qəzeti ilə əsası qoyulan milli mətbuatımız ötən 151 ildə xalqın milli şüurunun formalaşmasına, azadlıq ideyalarının yayılmasına, dövlətçilik düşüncəsinin möhkəmlənməsinə və cəmiyyətin inkişafına misilsiz töhfələr vermişdir. Həsən bəy Zərdabi başda olmaqla qabaqcıl Azərbaycan ziyalılarının böyük ümidlərlə ərsəyə gətirdiyi “Əkinçi” çar imperiyasının təhdid və təzyiqləri nəticəsində cəmi iki il nəşr olunsa da milli düşüncənin sarsılmaz təməlini yaratdı və sonrakı mətbuat ənənələrinin ideya qaynağı oldu. Mədəniyyətimizin, ictimai fikrimizin və milli özünüdərkimizin inkişafında mühüm rol oynayan bu irs sonrakı dövrlərdə “Molla Nəsrəddin”, “Füyuzat”, “Şərqi-Rus” və digər mətbu nəşrlərdə daha da zənginləşdirilərək maarifçilik hərəkatının aparıcı qüvvəsinə çevrildi. XX əsrin əvvəllərində milli mətbuat Azərbaycanın ictimai-siyasi həyatında aparıcı qüvvəyə çevrildi.

1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ilə mətbuat azad siyasi fikrin tribunası oldu, istiqlal ideyalarının təbliğinə və gənc respublikanın beynəlxalq aləmdə tanıdılmasına mühüm xidmət göstərdi. Azərbaycanda sovet hakimiyyətinin qurulması ilə mətbuat tamamilə dövlət nəzarətinə keçdi. Sovet imperiyası dövründə müstəqil media anlayışı faktiki olaraq mövcud deyildi. Kütləvi informasiya vasitələri yalnız kommunist ideologiyasının təbliği funksiyasını yerinə yetirir, cəmiyyətə obyektiv və alternativ informasiya çatdırmaq imkanından məhrum edilirdi. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra söz və mətbuat azadlığının təmin olunması istiqamətində yeni mərhələnin əsası qoyuldu. Müstəqil media formalaşmağa başlasa da ilk illərdə mövcud olan senzura və digər məhdudiyyətlər bu sahənin tam inkişafına maneə yaradırdı.

1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra həyata keçirilən islahatlar mətbuatın sərbəst fəaliyyətini təmin edən hüquqi və institusional əsasları formalaşdırdı. 1998-ci ilin avqustunda dövlət senzurasının ləğvi Azərbaycanda söz və mətbuat azadlığının inkişafı istiqamətində atılmış ən mühüm addımlardan biri oldu. Bunun nəticəsində media daha müstəqil fəaliyyət göstərmək, cəmiyyətin obyektiv məlumatlandırılmasını təmin etmək imkanı qazandı. Ulu Öndər Heydər Əliyev çıxışlarında mətbuatın dövlət və cəmiyyət qarşısında məsuliyyətini xüsusi vurğulayırdı: "Mətbuat böyük qüvvədir. Bu qüvvədən xalqın, dövlətin və cəmiyyətin mənafeləri naminə istifadə edilməlidir." Məhz həmin dövrdə söz azadlığının hüquqi təminatının möhkəmləndirilməsi, müstəqil qəzetlərin inkişafı və medianın fəaliyyətinə dövlət müdaxiləsinin minimuma endirilməsi istiqamətində mühüm addımlar atıldı.

Prezident İlham Əliyev tərəfindən media siyasətinin ardıcıl şəkildə davam etdirilməsi milli jurnalistikanın inkişafına yeni məzmun qazandırdı. Dövlət başçısı çıxışlarında dəfələrlə vurğulamışdır: "Azərbaycanda söz azadlığı tam təmin edilir. Azad media cəmiyyətimizin inkişafı üçün vacib amildir." Prezident İlham Əliyevin rəhbərliyi ilə medianın maddi-texniki bazasının gücləndirilməsi, jurnalistlərin sosial müdafiəsinin yaxşılaşdırılması, rəqəmsal texnologiyaların tətbiqi və peşəkar jurnalistikanın inkişafı istiqamətində ardıcıl dövlət proqramları həyata keçirilir. Rəqəmsal transformasiya medianın fəaliyyət prinsiplərini də dəyişdirib. İnternet media, sosial şəbəkələr, mobil platformalar və süni intellekt informasiyanın hazırlanması və yayılması prosesini tamamilə yeni mərhələyə çıxarıb. Bununla yanaşı, dezinformasiyanın, saxta xəbərlərin və informasiya manipulyasiyalarının artması peşəkar jurnalistikanın rolunu daha da yüksəldib. Medianın İnkişafı Agentliyinin yaradılması, “Media haqqında” Qanunun qəbul edilməsi, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi, media subyektlərinə tətbiq olunan vergi güzəştləri və informasiya təhlükəsizliyinin möhkəmləndirilməsinə yönəlmiş islahatlar müasir Azərbaycan mediasının inkişaf strategiyasının əsas istiqamətlərini təşkil edir. Hərbçilərimiz Vətənin keşiyində silahla dayanırlarsa, jurnalistlər də sözün kəsəri və həqiqətin gücü ilə milli maraqlarımızı qoruyurlar. Azərbaycan mediası bu məsuliyyəti xüsusilə Vətən müharibəsi dövründə yüksək səviyyədə nümayiş etdirdi. İnformasiya cəbhəsində aparılan peşəkar fəaliyyət nəticəsində ölkəmizin haqlı mövqeyi beynəlxalq auditoriyaya çatdırıldı, düşmənin yalan təbliğatı faktlarla ifşa olundu.

Müasir mərhələdə Azərbaycan mediası qarşısında duran əsas vəzifələrdən biri milli informasiya resurslarının rəqabət qabiliyyətini artırmaq, gənc jurnalistlərin peşə hazırlığını gücləndirmək, yeni texnologiyaların tətbiqini genişləndirmək və cəmiyyətdə media savadlılığını yüksəltməkdir

Mirqiyam Məmmədov,

YAP Sabirabad rayon təşkilatının əməkdaşı

"Mediamız milli maraqlarımızın müdafiəsində səylərini əsirgəməyəcək" - Hikmət Hacıyev
Azərbaycan mediası qlobal informasiya məkanında əldə etdiyi mövqeləri daha da genişləndirəcək, eyni zamanda, öz fəaliyyət prinsiplərinə sədaqət nümayiş etdirərək cəmiyyətdə vətənpərvərliyin, milli həmrəyliyin daha da güclənməsi, milli maraqlarımızın müdafiəsində səylərini əsirgəməyəcək.

"Sabirabadxəbər" xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev 22 İyul Milli Mətbuat Günü ilə bağlı "X" hesabındakı paylaşımında qeyd edib.

H. Hacıyevin sözlərinə görə, bu gün cəmiyyət Azərbaycan milli mətbuatı növbəti ildönümünü qeyd edir:

"1875-ci il iyulun 22-də böyük maarifçi Həsən bəy Zərdabi tərəfindən əsası qoyulmuş mətbuatımızın inkişaf yolu əsl vətənpərvərliyin, dövlətçilik ideyalarına sədaqətin və milli tərəqqi uğrunda yorulmaz mübarizənin bariz nümunəsidir. 1990-cı illərin ortalarından başlayaraq Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən media siyasəti ölkəmizdə söz və məlumat azadlığının, fikir plüralizminin təmin edilməsi ilə yanaşı, güclü, peşəkar medianın formalaşması və inkişafı üçün etibarlı zəmin yaratdı. Sonrakı dövrdə Ulu Öndər tərəfindən əsası qoyulmuş siyasətin uğurla davam etdirilməsi, bu istiqamətdə ardıcıl şəkildə həyata keçirilən islahatlar mediamızın müasir çağırışlara uyğun inkişafınıtəmin etdi, qlobal informasiya məkanında təsir imkanlarını genişləndirdi".

Prezidentin köməkçisi əlavə edib ki, 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan mediası vətənpərvərlik, həmrəylik nümunəsi ortaya qoyaraq Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə çatdırılmasında, ölkəyə qarşı həyata keçirilən informasiya təxribatlarının ifşa edilməsində mühüm rol oynayıb6

"Prezident İlham Əliyev Azərbaycan mediasının fəaliyyətini qiymətləndirərək bildirib: "Bu gün bizim mediamız nəinki ölkə daxilində, hətta beynəlxalq müstəvidə çox böyük nüfuz qazanıb və bunu tam səmimiyyətlə deyirəm... Bu gün Azərbaycan mediası dövlət maraqlarını qorumağa qadirdir. Azərbaycana qarşı olan əsassız ittihamları arqumentlərlə, ciddi təhlillə və faktlar əsasında ifşa etməkdə də böyük uğurlar əldə edib. Bizim mediamız nəinki dövlət maraqlarını müdafiə edir, eyni zamanda, lazım gəldikdə hücuma da keçir".

O qeyd edib ki, dünyada və regionda mürəkkəb proseslərin cərəyan etdiyi, müharibələr və qarşıdurmaların səngimədiyi bir dövrdə Azərbaycan təhlükəsizliyi, inkişaf dinamikası ilə seçilir, müstəqil və prinsipial siyasətini, güc mərkəzləri ilə bərabərhüquqlu tərəfdaşlıq əlaqələrini daha da genişləndirir:

"Sevindirici haldır ki, mediamız öz fəaliyyətini mövcud reallığa uyğunlaşdırmağı bacarır, qlobal informasiya məkanında müasir trendləri nəzərə alır, qabaqcıl texnologiyaların tətbiqi, rəqəmsallaşma, süni intellekt və digər bu kimi inkişaf perspektivini müəyyənləşdirən vacib məsələlərin həllində fəallığı ilə seçilir. Əminik ki, mediamız qlobal informasiya məkanında əldə etdiyi mövqeləri daha da genişləndirəcək, eyni zamanda, öz fəaliyyət prinsiplərinə sədaqət nümayiş etdirərək cəmiyyətimizdə vətənpərvərliyin, milli həmrəyliyin daha da güclənməsi, milli maraqlarımızın müdafiəsində səylərini əsirgəməyəcək. Azərbaycan mediasını, əziz jurnalistlərimizi peşə günü münasibətilə səmimi qəlbdən təbrik edir, sizə cansağlığı və dəyərli fəaliyyətinizdə uğurlar arzulayıram".

Azərbaycanda bir sığorta agentinin lisenziyası ləğv edildi
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarına əsasən Məmmədov Rizvan Qasım oğluna sığorta agenti fəaliyyətinə verilmiş 1 iyun 2009-cu il tarixli, 000129 nömrəli lisenziya ləğv edilib.

"Sabirabadxəbər" xəbər verir ki, onun lisenziyası "Sığorta fəaliyyəti haqqında" qanunun 107.1.8-ci maddəsinə əsasən (lisenziya sahibinin məqbul və lazımi keyfiyyətlərə malik olmaması və yaxud ölməsi) ləğv olunub.

Rekord istilər qonşu ölkəyə də gəlib çatdı - Dövlət qurumları işi dayandırır
İranın cənub-şərqində yerləşən Kirman əyalətində həddindən artıq isti hava şəraiti səbəbindən dövlət müəssisələri və təhsil ocaqları fəaliyyətini dayandıracaq.

“Sabirabadxəbər” xəbər verir ki, bu barədə IRNA məlumat yayıb.

Bildirilib ki, Kirman rəhbərliyi yüksək temperatur və elektrik şəbəkəsinin sabitliyini qorumaq məqsədilə belə qərar qəbul edib.

Qeyd olunub ki, isti hava dalğasının təsirlərini azaltmaq və enerji təminatında problemlərin qarşısını almaq üçün əyalətdəki bütün dövlət qurumları və təhsil müəssisələri sabah bağlı olacaq.

Qərarın təcili yardım xidmətləri, səhiyyə müəssisələri, xidmət sahələri, hərbi və təhlükəsizlik bölmələrinə, eləcə də, müəyyən edilmiş bank və sığorta filiallarına şamil edilmədiyi qeyd olunub.

İsti və yarımsəhra iqlimi ilə seçilən Kirman əyalətində son illərdə temperaturun rekord həddə yüksəldiyi, uzunmüddətli istilərin isə gündəlik həyata və enerji istehlakına ciddi təsir göstərdiyi bildirilir.

Nabranda 17 yaşlı qız dənizdə batdı
İyulun 21-i Xaçmazın Nabran çimərlikləri ərazisində yeniyetmə qız dənizdə boğulub.

"Sabirabadxəbər" xəbər verir ki, dənizdə batan 17 yaşlı Xaçmaz şəhər sakini Xalidova Arzu Zaur qızıdır.

Hadisə şahidlərinin bildirdiyinə görə, faciə baş verən zaman atası və qardaşı da onun yanında olsa da, A.Xalidovanı xilas edə bilməyiblər.

FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb edilib.

Hazırda axtarışlar davam etdirilir.

Azərbaycan Milli Mətbuatı 151 yaşını qeyd edir
Bu gün Azərbaycan milli mətbuatının yaranmasından 151 il ötür.

"Sabirabadxəbər" xəbər verir ki, ölkədə ilk mətbu orqanın – əsası Həsən bəy Zərdabi tərəfindən qoyulmuş “Əkinçi” qəzetinin nəşrə başladığı 22 iyul tarixi 1991-ci ildən Azərbaycanda Milli Mətbuat günü kimi qeyd olunur. “Əkinçi”nin 1875-ci il iyulun 22-dən 1877-ci ilin sentyabrınadək cəmi 56 sayı işıq üzü görsə də, onun Azərbaycan milli mətbuatının təşəkkül tapmasında, inkişafında əvəzsiz rolu olub. Əsasən maarifçilik missiyasını üzərinə götürmüş “Əkinçi” az müddətdə həm ziyalı təbəqə, həm də sadə insanlar arasında çox məşhurlaşıb. Təsadüfi deyil ki, dövrünün görkəmli ziyalıları və qələm sahibləri qəzetlə əməkdaşlıq edib, müntəzəm məqalələrlə çıxış ediblər. Lakin “Əkinçi”nin ömrü uzun sürməyib. Çar Rusiyası qəzetin insanların maariflənməsində, ictimai-siyasi proseslərə daha yaxından bələd olmasındakı rolundan çəkinməyə başlayıb və sonda qəzetin nəşrini dayandırıb.

O vaxtdan müxtəlif tənəzzül və intibah dövrləri keçən Azərbaycan mətbuatı daim cəmiyyətin proseslərə baxışını əks etdirən güzgü rolunu oynayıb. 1998-ci ilin avqustunda senzuranın ləğvi isə Azərbaycanda mətbuatın inkişafına ciddi təkan verib.

Azərbaycan Prezidenti Heydər Əliyevin 1998-ci il 16 avqust tarixli “Azərbaycan Respublikasında söz, düşüncə və informasiya azadlığının təmin edilməsi tədbirləri haqqında” Fərmanı ilə ölkədə kütləvi informasiya vasitələri üzərində senzura ləğv edilib. Bu fərman kütləvi informasiya vasitələrinin sürətli inkişafına ciddi təkan verməklə yanaşı, onların rasionallığının artırılması sahəsində geniş Dövlət Proqramının əsas istiqamətlərini müəyyən edib.

Hazırda respublikada çoxlu sayda müxtəlif qəzet və jurnallar nəşr olunur, internet qəzetçilik inkişaf edir.

Milli mətbuatın yubileylərinin ölkədə geniş qeyd olunması, KİV-ə birdəfəlik yardımların göstərilməsi, mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri, həmçinin milli mətbuatın inkişafındakı xidmətlərinə görə jurnalistlərin fəxri adlarla təltif edilməsi haqqında sərəncamlar da mətbuata və mətbuat işçilərinə qayğının tərkib hissəsidir.

Dövlət başçısının Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair sərəncamları əsasında jurnalistlər üçün iki yaşayış binası tikilib. 2013-cü və 2017-ci illərdə Prezident İlham Əliyev jurnalistlər üçün tikilmiş binada Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması mərasimində iştirak edib.

Azərbaycan Konstitusiyasında söz və mətbuat azadlığının təməl prinsip olaraq əksini tapması ölkədə medianın azad və güclü bir cəmiyyət institutu kimi formalaşmasına təkan verib. Sözsüz ki, bütün bu proseslərin əsas iştirakçıları, əldə olunan nəticələrin əsas səbəbkarları Azərbaycan jurnalistləridir.

Prezident İlham Əliyev 30 iyun 2020-ci il tarixdə Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

Prezident İlham Əliyev 12 yanvar 2021-ci il tarixdə Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında Fərman imzalayıb. Fərmana əsasən, Azərbaycanda medianın inkişafının dəstəklənməsi, bu sahədə institusional quruculuq işlərinin davam etdirilməsi, yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun əsasında “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs yaradılıb.

Prezident İlham Əliyev 25 aprel 2025-ci ildə Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

Çətin və şərəfli yol keçən Azərbaycan mətbuatı
İyulun 22-də Azərbaycan Milli Mətbuatının yaranmasının 151 yaşı tamam olur. Bu, əslində, tək mətbuatın deyil, bütövlükdə Azərbaycan cəmiyyətinin bayramıdır. Təsadüfi deyil ki, ölkə Prezidenti İlham Əliyev mətbuatımızın yubileyinin ümummilli səviyyədə qeyd olunması ilə bağlı imzaladığı sərəncamlar bir daha Azərbaycanda mətbuata dövlət qayğısının daha bir parlaq təzahürü kimi dəyərləndirilməlidir. Azərbaycanın ictimai həyatının ən mühüm hadisələrindən biri olan Milli Mətbuatın formalaşması XIX əsrin ortalarına təsadüf edir. Azərbaycan və eləcə də bütün Şərq aləmi üçün tamamilə yeni siyasi, mədəni və elmi ünsiyyət vasitəsi olan mətbuatın yaranması, əslində, ölkədə gedən mühüm ictimai-siyasi, iqtisadi və mədəni proseslərlə, o cümlədən, maarifçilik hərəkatının, dünyəvi teatrın və yeni tipli məktəbin təşəkkül tapması ilə sıx bağlıdır.

Milli Mətbuatımızın bünövrəsi 1875-ci il, iyulun 22-də “Əkinçi” qəzetinin ilk sayının nəşri ilə qoyuldu. Bütün Qafqazda böyük əks-səda doğuran bu qəzetin naşiri də, redaktoru da, korrektoru da Azərbaycan milli maarifçilik hərəkatının banilərindən biri, təbiətşünas alim Həsən bəy Zərdabi idi. Qəzetin ərsəyə gəlməsində Mirzə Fətəli Axundov, Seyid Əzim Şirvani, Nəcəf bəy Vəzirov, Əsgər ağa Gorani və başqa ziyalıların böyük xidmətləri olub. Dövrünün görkəmli ədibləri olan bu şəxsiyyətlər “Əkinçi” qəzetinin səhifələrində öz maarifçi və demokratik ideyalarını təbliğ edərək, ictimai, siyasi və bədii fikrin inkişafına böyük təsir göstəriblər.

Ölkədə cərəyan edən ictimai proseslər və cari məsələlər yerli rusdilli mətbuatda öz əksini tapırdı. Bakıda rus dilində çıxan ilk qəzet isə birinci nömrəsi 1871-ci ilin mart ayında işıq üzü görən “Bakinski listok” olub. 1876-cı ildə ikinci rusdilli qəzet “Bakinskiye izvestiya” nəşrə başlayıb. Rusdilli qəzetlər içərisində daha uzunömürlü olmuş “Kaspi”nin 1897-ci ildən etibarən naşirliyini Hacı Zeynalabdin Tağıyev öz üzərinə götürmüş və təxminən həmin dövrdən onun redaktoru Əlimərdan bəy Topçubaşov, sonralar isə Əlibəy Hüseynzadə olmuşdu.

Azərbaycanda sağlam və peşəkar mətbuatın formalaşmasında xalqımızın Ümummilli lideri Heydər Əliyevin əvəzsiz xidmətləri olub. Ulu öndər hələ dövlət təhlükəsizliyi orqanlarında çalışdığı illərdə, xüsusən də, Azərbaycan KP Mərkəzi Komitəsinin I katibi olarkən, mətbuatla sıx təmas onun iş prinsipinin başlıca istiqamətlərindən biri olub. Dahi şəxsiyyət Heydər Əliyev sovet dövründə olduğu kimi, müstəqil Azərbaycan dövlətinin Prezidenti olduğu illərdə də mətbuatımızın inkişafı naminə çox böyük işlər görüb. Ölkədə mətbuatla bağlı mükəmməl qanunvericilik bazasının yaradılması, həm yazılı, həm də elektron medianın maddi-texniki bazasının möhkəmləndirilməsi, jurnalist kadrlarının sosial müdafiəsinin gücləndirilməsi, mətbuatın lisenziyasızlaşdırılmasının və senzuranın ləğvi, bir sıra mətbuat orqanlarının dövlətə olan borclarının ləğvi, ayrı-ayrı qəzet və jurnalların çapının dövlət hesabına maliyyələşdirilməsi, bu və ya digər formada qanun pozuntusuna yol vermiş neçə-neçə media mənsubunun cinayət məsuliyyətindən azad olunması – bütün bunlar ulu öndərin Azərbaycan mətbuatına qayğı və diqqətinin bariz nümunəsidir.

Ulu Öndər Heydər Əliyev idarəçilik məktəbinin və siyasi kursunun layiqli davamçısı olan Prezident İlham Əliyevin hakimiyyəti dövründə Azərbaycanda mətbuata dövlət qayğısının miqyası daha da genişlənib. İndi Azərbaycanda istənilən şəxs özünə mətbuat orqanı yarada bilər. Bunun üçün yetərincə əlverişli mühit olduğundan, qəzet və jurnalların sayı durmadan artır. Prezident İlham Əliyevin 2003-cü ildə Azərbaycan jurnalistlərinin birinci qurultayında mətbuatın özünütənzimləmə orqanı və dövlət qurumları ilə mətbuat arasında münasibətlərin nizamlanması funksiyalarını yerinə yetirən Mətbuat Şurası yarandı. 31 iyul, 2008-ci il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinin inkişafına Dövlət Dəstəyi Konsepsiyası” kimi mühüm bir sənəd təsdiq olundu. Konsepsiyaya uyğun olaraq, 22 may, 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradıldı. Həmçinin, Azərbaycan Respublikasının Prezidentinin Sərancamı ilə “Əkinçi” qəzetinin nəşrə başladığı gün – 22 iyul Milli Mətbuat və jurnalistika günü kimi qeyd olunur.

Prezident İlham Əliyevin 2005-ci ildə Azərbaycan milli mətbuatının 130, 2010-cu ildə 135, 2020-ci ildə isə 145 illik yubileylərinin keçirilməsi ilə bağlı müvafiq sərəncamlar imzalaması, yubiley münasibətilə mətbuat işçilərini təltif etməsi, onlara fəxri adlar verməsi respublikamızda jurnalistlərin stimullaşdırılması istiqamətində həyata keçirilən kompleks tədbirlərdəndir. Bütün bunlar jurnalistika tariximizə, milli-mənəvi dəyərlərimizə, kütləvi informasiya vasitələrimizə verilən yüksək dəyərin göstəricisidir.

2025-ci il aprelin 25-də ölkənin ictimai-siyasi həyatında mühüm əhəmiyyət daşıyan yubileylə bağlı Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Milli Mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, Milli Mətbuatın Azərbaycanın ictimai-siyasi və mədəni həyatındakı yerini, mədəniyyətin, maarifçiliyin inkişafında rolunu, müasir cəmiyyət quruculuğu və ölkəmizin beynəlxalq nüfuzunun daha da yüksəldilməsi sahəsində töhfələrini nəzərə alaraq, Azərbaycan Milli Mətbuatının 150 illik yubileyi ölkəmizdə geniş qeyd olunub.

Prezident İlham Əliyevin Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri haqqında Sərəncamı jurnalistlərə yeni əhval-ruhiyyə gətirdi, böyük rəğbətlə qarşılandı. Mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və onlar üçün yaşayış evlərinin tikilməsi məqsədilə Prezidentin Ehtiyat Fondundan Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fonduna ayrılan vəsait hesabına 2 ədəd çoxmənzilli yaşayış binası tikilərək jurnalistlərə verilib. Təsadüfi deyil ki, 2010-cu il dekabrın 1-dən 20-dək “RUH” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi 2010-cu ildə “Jurnalistlərin dostu” mükafatı qalibinin müəyyənləşdirilməsi ilə bağlı KİV və jurnalist təşkilatları arasında keçirdiyi sorğunun nəticələrinə əsasən, Prezident İlham Əliyev kütləvi informasiya vasitələrinin inkişaf etdirilməsi sahəsindəki xidmətlərinə görə “Jurnalistlərin dostu” mükafatına layiq görülüb.

2020-ci il sentyabrın 27-də təcavüzkar erməni ordusunun Azərbaycanı müxtəlif mövqelərdən atəşə tutması ilə başlayan II Qarabağ müharibəsi isə Azərbaycan mətbuatı üçün növbəti sınaq oldu. 44 gün ərzində Azərbaycan jurnalisti həm ön, həm də arxa cəbhədə yorulmadan çalışdı. Müharibə zonasından canlı bağlantılar, Azərbaycan Ordusunun hər gün artan uğurlarına dair ən son xəbərlər operativ şəkildə ölkə və dünya ictimaiyyətinə çatdırıldı. Media müharibə günlərində xüsusi aktivlik nümayiş etdirərək əsl vətənpərvərlik mövqeyini ortaya qoydu. Jurnalistlər çevik kommunikasiya vasitələrini, müasir tendensiyaları fəaliyyətlərində bacarıqla tətbiq etdilər. Bu dövrdə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması mətbuatın bir nömrəli vəzifəsinə çevrildi. 2021-ci il iyunun 4-də Azərbaycanın 2 jurnalistinin – Məhərrəm İbrahimov və Sirac Abışovun xidməti vəzifələrini yerinə yetirməyə gedərkən Kəlbəcərdə minaya düşərək həlak olması Azərbaycan mətbuatına ağır itki olsa da, bu hadisə və həmin jurnalistlərin keçdiyi həyat yolu Azərbaycan jurnalistinin cəsarətini, qorxmazlığını və vətənpərvərliyini bütün dünyaya bir daha sübut etdi.

Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 12 yanvar tarixli Fərmanı ilə yaradılmış Medianın İnkişafı Agentliyi ölkəmizdə çap və onlayn medianın inkişafı, media orqanlarının maliyyə müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, mütərəqqi layihələrin davamlı dəstəklənməsi məqsədilə müxtəlif tədbirlər həyata keçirir. Əlbəttə, digər sahələrdə olduğu kimi mediada da geniş islahatlara başlanacağı gözlənilən idi. KİV orqanlarında keyfiyyət dəyişikliyinə ciddi şəkildə ehtiyac yaranmışdı. Bu istiqamətdə yeniliklərin tətbiqi zəruri hesab olunurdu. Ölkə başçısının Fərmanı medianın inkişafının dəstəklənməsi, bu sahədə institusional quruculuq işlərinin davam etdirilməsi, yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılmasında böyük rol oynayır. 2022-ci il dekabrın 14-də söz və mətbuat azadlığı sahəsində dövlətin yeni hədəflərini müəyyənləşdirməyə, onun iqtisadi bazasını, kadr potensialını və peşəkarlıq səviyyəsini artırmağa, KİV sahəsində suverenliyimizi qorumağa xidmət edəcək “Media haqqında” qanun layihəsi 30 dekabrda Milli Məclisdə qəbul edildi.

Bu gün müstəqil Azərbaycan dövləti hüquqi-demokratik dövlət quruculuğu yolu ilə daha parlaq gələcəyə doğru inamla addımlayır. Azərbaycan mediası bu inkişafın ön sıralarında qərar tutmaqdadır. Bütün bunlar göstərir ki, Azərbaycan dövləti Milli Mətbuatımıza daim diqqət göstərir və onun inkişafına yönələn tədbirlər həyata keçirilir.

İntiqam Abdullayev,

“Sabirabad Xəbər” saytının təsisçi drektoru

22 İyul - Milli Mətbuat Günü münasibətilə Mil-Muğan Regional Təhsil İdarəsində bir qrup media nümayəndəsi ilə görüş keçirilib
22 İyul - Milli Mətbuat Günü münasibətilə Mil-Muğan Regional Təhsil İdarəsində bir qrup media nümayəndəsi ilə görüş keçirilib.

Görüşdə Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Bəhruz Nəbili, Tədrisin keyfiyyəti sektorunun müdiri Cavid Məmmədli, eləcə də regionda fəaliyyət göstərən media nümayəndələri iştirak ediblər.

Tədbiri giriş nitqi ilə açan Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Bəhruz Nəbili Azərbaycan milli mətbuatının zəngin tarixi inkişaf yolundan, cəmiyyətin maariflənməsində və ictimai rəyin formalaşmasında oynadığı mühüm roldan danışıb. O, qeyd edib ki, milli mətbuatımızın əsası böyük maarifçi Həsən bəy Zərdabi tərəfindən qoyulub və ötən illər ərzində Azərbaycan mətbuatı ölkənin ictimai-siyasi, sosial və mədəni həyatının ayrılmaz tərkib hissəsinə çevrilib.

Bəhruz Nəbili çıxışında vurğulayıb ki, Azərbaycan mətbuatının müasir inkişaf mərhələsi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Onun rəhbərliyi dövründə söz və mətbuat azadlığının təmin olunması istiqamətində mühüm addımlar atılıb, medianın inkişafı üçün əlverişli şərait yaradılıb. Bu siyasətin bu gün də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirən idarə müdiri media sahəsinə göstərilən dövlət qayğısının ölkədə peşəkar və məsuliyyətli jurnalistikanın inkişafına mühüm töhfə verdiyini diqqətə çatdırıb.

İdarə müdiri qeyd edib ki, maarifçilik ənənələri üzərində formalaşan Azərbaycan mətbuatı bu gün də cəmiyyətin inkişafında əhəmiyyətli missiya daşıyır. Xüsusilə təhsil sahəsində həyata keçirilən islahatların, əldə olunan nailiyyətlərin və məktəb həyatında baş verən yeniliklərin ictimaiyyətə operativ, obyektiv və dolğun şəkildə çatdırılmasında media nümayəndələrinin rolu böyükdür. O, bildirib ki, Mil-Muğan Regional Təhsil İdarəsi media ilə açıq, şəffaf və qarşılıqlı etimada əsaslanan əməkdaşlığa hər zaman önəm verir.

Bəhruz Nəbili jurnalistləri Milli Mətbuat Günü münasibətilə səmimi-qəlbdən təbrik edərək, onların cəmiyyətin düzgün məlumatlandırılması, maarifləndirilməsi və təhsil sahəsində görülən işlərin işıqlandırılması istiqamətində fəaliyyətini yüksək qiymətləndirib. O, media nümayəndələrinə gələcək peşə fəaliyyətlərində uğurlar, möhkəm cansağlığı və yeni yaradıcılıq nailiyyətləri arzulayıb.

Görüş zamanı media nümayəndələri də çıxış edərək Mil-Muğan Regional Təhsil İdarəsi ilə formalaşmış səmərəli əməkdaşlıq münasibətlərindən məmnunluqlarını ifadə ediblər. Onlar idarənin operativ informasiya siyasətini, media ilə açıq dialoqa üstünlük verməsini yüksək qiymətləndirərək göstərilən diqqət və səmimi qəbula görə təşəkkürlərini bildiriblər.

Sonda elm və təhsil sahəsini işıqlandıran media nümayəndələrinə fəaliyyətlərinə görə Mil-Muğan Regional Təhsil İdarəsinin təşəkkürnamələri və hədiyyələri təqdim edilib.

Azərbaycan mətbuatı daim cəmiyyətin proseslərə baxışını əks etdirib
Əsası 1875-ci il iyulun 22-də "Əkinçi" qəzetinin ilk nömrəsinin nəşri ilə qoyulan milli mətbuatımızın keçdiyi çətin və şərəfli yola nəzər saldıqda görürük ki, XIX əsrin sonlarına yaxın bütün Qafqazda böyük əks-səda doğuran bu qəzetin naşiri də, redaktoru da, korrektoru da Azərbaycan milli maarifçilik hərəkatının banilərindən biri təbiətşünas-alim Həsən bəy Zərdabi idi.

Qəzetin ərsəyə gəlməsində Mirzə Fətəli Axundzadə, Seyid Əzim Şirvani, Nəcəf bəy Vəzirov, Əsgər ağa Gorani və başqa ziyalıların böyük xidmətləri olub.

“Əkinçi”nin 1875-ci il iyulun 22-dən 1877-ci ilin sentyabrınadək cəmi 56 sayı işıq üzü görsə də, o, Azərbaycan milli mətbuatının təşəkkül tapmasında, inkişafında əvəzsiz rol oynayıb. Əsasən maarifçilik missiyasını üzərinə götürmüş “Əkinçi” qısa müddətdə həm ziyalı təbəqə, həm də sadə insanlar arasında çox məşhurlaşıb. Lakin “Əkinçi”nin fəaliyyəti uzun olmayıb. Çar Rusiyası qəzetin insanların maariflənməsində, ictimai-siyasi proseslərə daha yaxından bələd olmasındakı rolundan çəkinməyə başlayıb və sonda qəzetin nəşrini dayandırıb. Buna baxmayaraq, o dövrün görkəmli maarifçiləri "Əkinçi" qəzetinin səhifələrində öz maarifçi və demokratik ideyalarını təbliğ edərək ictimai, siyasi və bədii fikrin inkişafına böyük təsir göstərmişlər.

Həmin vaxtdan müxtəlif tənəzzül və çiçəklənmə dövrləri yaşayan Azərbaycan mətbuatı daim cəmiyyətin proseslərə baxışını əks etdirib.

Müasir dövrdə milli mətbuatımızın inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı mətbuatımızın inkişaf tarixində də yeni mərhələ açdı.

1998-ci ildə ümummilli lider Heydər Əliyev tərəfindən Azərbaycan mətbuatının üzərindən dövlət senzurasının ləğv edilməsi ilə ölkəmizdə söz və mətbuat azadlığının əsası qoyuldu və bu, mətbuatın inkişafına ciddi təkan verdi.

Ulu Öndərin mətbuata və mətbuat nümayəndələrinə göstərdiyi diqqət və qayğı Ümummilli Liderin layiqli varisi Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Ölkəmizdə söz və mətbuat azadlığı tam təmin olunub. Təsadüfi deyil ki, hazırda respublikada çoxlu sayda müxtəlif qəzet və jurnallar nəşr olunur, internet qəzetçilik inkişaf edir. Müasir dövrdə informasiya texnologiyalarının inkişafı ilə Azərbaycan mətbuatı qlobal informasiya məkanına daxil olub.

Yeni dövr milli mətbuatımızın inkişafı ilə bağlı qanunvericilik bazasının təkmilləşdirilməsini zərurətə çevirir. Hazırda media məkanında sürətli qloballaşma prosesi gedir. Bu baxımdan mövcud qanunvericiliyin təkmilləşdirilməsi zamanın tələbi idi. Bununla əlaqədar, Prezident İlham Əliyevin tapşırığı ilə media haqqında qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində məqsədyönlü iş aparılır. “Media haqqında” yeni qanun layihəsi hazırlanıb. Dövlətimizin başçısı İlham Əliyevin 2021-ci il 12 yanvar tarixli “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı ilə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun əsasında “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs yaradıldı. MEDİA agentliyinin yaradılması, eyni zamanda, “Media haqqında” Qanunun qəbul edilməsi ölkəmizdə media sahəsində islahatların daha sürətlə və mütəşəkkil qaydada aparılmasına imkan verir. Artıq bu sahədə bir sıra istiqamətlərdə əməli işlərə başlanılıb.

Milli mətbuatın ildönümlərinin ölkədə geniş qeyd olunması, KİV-lərə yardımların göstərilməsi, mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində tədbirlər mətbuata və mətbuat işçilərinə qayğının tərkib hissəsidir.

Azərbaycan mediası həm Birinci, həm də İkinci Qarabağ müharibələrində üzərinə düşən vəzifəni layiqincə yerinə yetirib, Azərbaycanın böyük Zəfərinin müjdəçisi olub. Hər zaman Azərbaycan həqiqətlərinin təbliği missiyasını uğurla həyata keçirən mətbuatımızın 44 günlük Vətən müharibəsinin gedişində ölkəmizin düşmən təbliğatına qarşı informasiya mübarizəsinə töhfələrini verdiyi kimi, postmüharibə dövründə də bu işi davam etdirməkdədir. Azərbaycan mediası bu gün də dövlətimizin başçısı, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin artıq tarixə qovuşmuş Qarabağ münaqişəsi ilə bağlı səsləndirdiyi hər bir fikrin, hər bir bəyanatın, işğaldan azad edilmiş ərazilərimizdəki vəziyyət barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə çatdırılmasında fəal rol oynayır.

Qırx dörd günlük Vətən müharibəsində və müharibədən sonrakı dövrdə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında mətbuatın rolu və jurnalistlərin fəaliyyəti böyük oldu. Məhz nümayiş olunan peşəkarlıq, fədakarlıq və çeviklik sayəsində dünya ictimaiyyətinə müharibə ilə əlaqədar, o cümlədən Ermənistanın törətdiyi müharibə cinayətləri haqqında dolğun məlumatların çatdırılması mümkün oldu. Bu işlərin həyata keçirilməsində ən böyük missiyanı Ali Baş Komandanın özü reallaşdırdı. Onun Vətən müharibəsi dövründə 30-dan çox beynəlxalq media qurumlarına geniş müsahibələri bu reallıqların dünya ictimaiyyətinə çatdırılmasında müstəsna rol oynadı.

İndiyədək davam edən informasiya müharibəsində mətbuat işçiləri öz peşəkarlığı və vətənpərvərliyi ilə daim fərqləniblər. Media nümayəndələri 44 günlük Vətən müharibəsində cəbhə xəttində həm xəbər istehsalçısı, həm də səfərbərlik proqramı çərçivəsində əməliyyatlara cəlb olunublar. Qarabağ uğrunda döyüşlərdə fərqlənən və müxtəlif medallarla təltif edilənlər arasında jurnalistlərin də olması ölkəmizdə bu sahədə çalışanlara göstərilən böyük etimadın və diqqətin bariz nümunəsidir.

Rəqibə Paşayeva,

H.Z.Tağıyev adına 6 saylı Sabirabad şəhər tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi