"Sabirabadxəbər.az xəbər verir ki, bu barədə Yarımkeçirici Sənaye Assosiasiyası (SIA) məlumat yayıb.
Xüsusilə, ötən ilin dördüncü rübündə tədarüklərin həcmi 236,6 milyard dollar təşkil edib ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 37,1% çoxdur.
Məlumata görə, dekabr ayında çip satışları əvvəlki aya nisbətən 2,7% artaraq 78,88 milyard dollara çatıb. Çip satışlarının bu il təxminən 1 trilyon dollara çatacağı gözlənilir.