sabirabadxeber.az / Gələn həftə Milli Məclisin yaz sessiyası ​​​​​​​başlayır

Gələn həftə Milli Məclisin yaz sessiyası ​​​​​​​başlayır

Gələn həftə Milli Məclisin yaz sessiyası başlayır.

"Sabirabadxəbər.az" məlumat verir ki, parlamentin yaz sessiyası fevralın 1-də başlayır və mayın 31-dək davam edir.

Fevralın 1-i istirahət, səsvermə, iş günü hesab edilməyən bayram gününə düşərsə, sessiya bu gündən sonra gələn birinci iş günü öz işinə başlayır.

Bu il fevralın 1-i bazar gününə düşdüyündən plenar iclas fevralın 2-də keçiriləcək.

26.01.2026 » 10:50
Geri