sabirabadxeber.az / FHN Kəmaləddin Heydərov Sabirabadda vətəndaş qəbulu keçirəcək

FHN Kəmaləddin Heydərov Sabirabadda vətəndaş qəbulu keçirəcək

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Fevralın 27-də saat 10.00-da Sabirabadda, Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında vətəndaşların qəbulunu keçirəcək.

"Sabirabadxəbər.az" xəbər verirki,  qəbulda Sabirabad, Saatlı, İmişli  rayonlarının sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaq.

Qəbula gələn vətəndaşların qeydiyyatı Sabirabad Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında 27 Fevral  2026-ci il tarixində saat 10.00-da başlayacaq.

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidir.

08.02.2026 » 17:00
Geri