sabirabadxeber.az / Alış-veriş edən 73 yaşlı kişinin ürəyi dayandı - Azərbaycanda

Alış-veriş edən 73 yaşlı kişinin ürəyi dayandı - Azərbaycanda

Mingəçevirdə marketdə alış-veriş edən müştəri dünyasını dəyişib.  

“Sabirabadxəbər.az" xəbər verirki , hadisə 20 Yanvar küçəsində yerləşən “Qədiroğlu” Marketlər şəbəkəsinə məxsus mağazada baş verib. Alış-veriş üçün marketə gələn, 1953-cü il təvəllüdlü Mingəçevir şəhər sakini Mikayıl Məmmədovun qəfil halı pisləşib və o, yerə yıxılıb.

İlkin müayinə zamanı onun ürək çatışmazlığından hadisə yerində vəfat etdiyi məlum olub. Faktla bağlı araşdırma aparılır.

07.02.2026 » 21:04
Geri