sabirabadxeber.az / Sabirabadlı tələbələr Milli Qəhrəman Şəhid Mübariz İbrahimovun ev Muzeyin ziyarət edib

Sabirabadlı tələbələr Milli Qəhrəman Şəhid Mübariz İbrahimovun ev Muzeyin ziyarət edib

7 Fevral Milli Qəhrəman Mübariz İbrahimovun anım günüdür.


"Sabirabadxəbər.az" xəbər verirki, Beləki ,Sabirabad şəhəri  Mikayıl Müşfiq adına 4 nömrəli tam orta ümumtəhsil  məktəbin şagirdi Uşaq Səfirlər məclisinin region nümayəndəsi Quliyeva Əminə və fəal nümayəndəsi Qulizadə Hüseyn Milli Qəhrəman Şəhid Mübariz İbrahimovun ev muzeyin ziyarət etmişdir.

Anası Şamama xanımla və qardaşı ilə tanış olub onlarla Mübariz haqqında söhbətlər aparmışlar.Anım gününə əsasən videoçarx hazırlanmışdır 

Mübariz İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub.
M.Piriyev adına Əliabad kənd orta məktəbini 2005-ci ildə bitirib və elə həmin il həqiqi hərbi xidmətə çağrılıb. Əsgəri xidmətini Daxili Qoşunların “N” saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə keçirib. Həqiqi hərbi xidmətini 2007-ci ildə çavuş rütbəsində başa vurub. Bir müddət mülki işlərdə işlədikdən sonra 2009-cu ilin avqustunda yenidən gizir rütbəsində xidmətə başlayıb. O, öz arzusu ilə cəbhə bölgəsindəki hərbi hissələrdən birində xidmət etməyə başlayıb.
2010-cu il iyunun 18-dən 19-na keçən gecə gizir M. İbrahimov təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçərək Ermənistan silahlı qüvvələrinin bir neçə əsgər və zabitini məhv edib. Sonra isə düşmənin öz silahlarını özünə qarşı istifadə edərək onlarla 5 saat təkbətək döyüşub. Azərbaycan döyüşçüsü səhər saatlarında qeyri-bərabər döyüşdə qəhrəmancasına şəhid olub.
Azərbaycan Prezidentinin Sərəncamı ilə Mübariz Ağakərim oğlu İbrahimova “Azərbaycanın Milli Qəhrəmanı” adı (ölümündən sonra) verilib.
07.02.2026 » 18:30
Geri