sabirabadxeber.az / Qəbələdə maşın aşdı - Sürücü öldü

Qəbələdə maşın aşdı - Sürücü öldü

Qəbələdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Sabirabadxəbər.az" xəbər verir ki, hadisə ötən gecə saatlarında Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun rayonun Nic qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Nissan Navara" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarına aşıb. Hadisə zamanı 1 nəfər ölüb, avtomobildə olan 26 yaşlı Kənan İlqar oğlu Zakirzadə isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

26.01.2026 » 09:05
Geri