sabirabadxeber.az / Müəllimi atasının silahı ilə vurubmuş - Polis həmin şagirdi saxladı

Müəllimi atasının silahı ilə vurubmuş - Polis həmin şagirdi saxladı

Xəbər verdiyimiz kimi, bu gün paytaxtın Binəqədi rayonunda yerləşən “İdrak” liseyində 10-cu sinif şagirdi müəllimini güllələyib.


DİN-in Mətbuat xidmətindən  bildirilib ki, hadisə bu gün saat 09 radələrində baş verib.


Qeyd edilib ki, Binəqədi rayonunda yerləşən özəl “İdrak” liseyinin qarşısında 10-cu sinif şagirdi Ə.Ş. insident törədib. O, atasına məxsus ov silahı ilə məktəbə gələrək orada işləyən qadın müəllim Ş.K.-ya xəsarət yetirib.


Polis əməkdaşları tərəfindən Ə.Ş. saxlanılıb. Ondan ov silahı götürülüb.


Faktla bağlı araşdırma aparılır.

06.02.2026 » 11:00
Geri