sabirabadxeber.az / Yevlax sakini özünə vurduğu iynədən öldü

Yevlax sakini özünə vurduğu iynədən öldü

Yevlax rayon sakini özünə vurduğu iynədən sonra həyatını itirib.

"Sabirabadxəbər.az" xəbər verir ki, 1954-cü il təvəllüdlü Zirəddin Quliyev müalicə məqsədilə özünə antibiotik iynəsi vurduqdan sonra vəziyyəti qəfil pisləşib.

O, dərhal xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

06.02.2026 » 10:54
Geri