sabirabadxeber.az / Məktəbdə pəncərədən yıxılan şagird özəl tibb müəssisəsinə köçürüldü

Məktəbdə pəncərədən yıxılan şagird özəl tibb müəssisəsinə köçürüldü

Ötən gün Bakıda yerləşən 163 nömrəli tam orta ümumtəhsil məktəbinin 10-cu sinif şagirdi pəncərədən yıxılaraq ağır yaralanıb. 

"Unikal"ın əldə etdiyi məlumata görə, məktəbli Kliniki Tibbi Mərkəzdən özəl tibb müəssisəsinə köçürülüb. 

Kliniki Tibbi Mərkəzdən "Sabirabadxəbər.az" ın sorğusuna cavab olaraq bildirilib ki, 2010-cu il təvəllüdlü şəxs (kişi) 04.02.2026-ci il tarixində saat 21:00 radələrində ailə üzvlərinin istəyi ilə özəl tibb müəssisəsinə təxliyə olunub.

Xatırladaq ki, məktəbliyə almacıq sümüyünün, bel fəqərələrinin, qabırğa və sol dabanın sınıqları diaqnozları təyin edilib. Onun vəziyyəti ağır qiymətləndirilir.

05.02.2026 » 10:42
Geri