14-18 iyul tarixlərində dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsi keçirilib. 35 imtahan mərkəzində baş tutmuş imtahanlarda ümumilikdə 33 mindən çox namizəd iştirak edib, davamiyyət göstəricisi 96 faiz təşkil edib”.
“Sabirabadxəbər” xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) məlumat yayıb.
“İmtahanlar yekunlaşdıqdan sonra sualların məzmunu ilə bağlı daxil olan bütün müraciətlər aidiyyəti üzrə ekspertlər tərəfindən yenidən nəzərdən keçirilib və bəzi suallarda səhvlərin olduğu qeyd edilib.
Səhvlər nəzərə alındıqdan sonra həmin test tapşırıqları üzrə bal düzəlişləri müvafiq fənlər üzrə namizədlərin xeyrinə hesablanıb.
Yenilənmiş nəticələr artıq namizədlərin şəxsi kabinetlərinə göndərilib. Namizədlər miq.edu.az saytında şəxsi kabinetlərinə daxil olaraq yenilənmiş nəticələrlə tanış ola bilərlər”, - məlumatda qeyd olunub.