📌28-29 iyul 2026-cı il tarixlərində "Kür" Olimpiya Tədris-İdman Mərkəzində Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsi və Mingəçevir Gənclər Evi SXM-in birgə təşkilatçılığı, "Kür" Olimpiya Tədris-İdman Mərkəzinin dəstəyi ilə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin yaradılmasının 32 illiyinə həsr edilmiş "Birlik" adlı düşərgə keçirilmişdir.
✅Düşərgə zamanı müxtəlif mövzular istiqamətində təlimlər, maraqlı oyunlar təşkil edilmiş, konsert proqramı ilə düşərgəyə yekun verilmişdir.
▶️Sonda düşərgənin iştirakçılarına sertifikatlar təqdim edilmişdir.