sabirabadxeber.az / Şəkidə avtomobil iki piyadanı vurub, onlardan biri ölüb

Şəkidə avtomobil iki piyadanı vurub, onlardan biri ölüb

İyulun 25-də saat 22 radələrində Fərhad Qürbətli idarə etdiyi “Mercedes” markalı avtomobillə Şəki rayonunun Baş Göynük kəndi ərazisində hərəkətdə olarkən piyadalar; 24 yaşlı Mahir Teyibov və 28 yaşlı Şahin Tahirovu vurub.

"Sabirabadxəbər" apa-ya istinadən xəbər verir ki, nəticədə M. Teyibov aldığı xəsarətlərdən hadisə yerində ölüb, digər piyada isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Bu gün, 09:08
Geri