sabirabadxeber.az / Bakı-Tbilisi qatarı yolda qaldı - Gürcüstandakı işıq probleminə görə

Bakı-Tbilisi qatarı yolda qaldı - Gürcüstandakı işıq probleminə görə

Bu gün səhər saatlarında Gürcüstanda Qardabani-Tbilisi dəmir yolu sahəsində elektrik enerjisi təchizatında problem olduğundan Bakı-Tbilisi qatarının hərəkətində gecikmə qeydə alınıb.

"Azərbaycan Dəmir Yolları" QSC-dən "Sabirabaxəbər"ə bildirilib ki, problemin həlli yubandığı üçün gözləmək istəməyən sərnişinlərin Qardabanidə düşməsinə şərait yaradılıb.

Qatar Tbilisiyə 2 saat 30 dəqiqə gecikmə ilə çatıb.

Qeyd edək ki, iyulun 24 və 25-də Gürcüstanda bütün ölkə ərazisində elektrik kəsintiləri yaşanıb

Bu gün, 16:56
Geri