Sabirabad Rayon Mərkəzi Xəstəxanasının Ailə Sağlamlıq Mərkəzi (ASM) və Perinatal Mərkəzinin təşəbbüsü ilə şəhərin Hüseyin Cavid küçəsində patronaj xidməti həyata keçirilib. 🤍
Patronaj zamanı uzun müddət həkimə müraciət etməyən hamilə qadın həkim həkim-mama-ginekoloq Mehriban Yunusova və ASM-in böyük tibb bacısı tərəfindən evində ziyarət olunaraq müayinə edilmişdir. Müayinə zamanı tibbi göstəricilərin qənaətbəxş olmadığı müəyyən edilib və hamiləyə tibb müəssisəsinə müraciət etməsi tövsiyə olunub.
👶 Sağlam ana – sağlam gələcək!