sabirabadxeber.az / Göygöl sakini xəsarət aldı

Göygöl sakini xəsarət aldı

Göygöldə 34 yaşlı kişi kəsici alətlə xəsarət alıb.

"Sabirabadxəbər.az"ın məlumatına görə, hadisə rayonun Topalhəsənli kəndində baş verib. Kənd sakini, 1992-ci il təvəllüdlü O. Həsənov qarın nahiyəsinin kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya çatdırılıb.

Xəstəyə zəruri tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir. Hadisənin hansı şəraitdə baş verdiyi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

01.02.2026 » 17:05
Geri