sabirabadxeber.az / Kürdəmirdə "Prado" aşdı - Xəsarət alanlar var

Kürdəmirdə "Prado" aşdı - Xəsarət alanlar var

Kürdəmirdə yol-nəqliyyat hadisəsi baş verib.


"Sabirabadxəbər.az" ın məlumatına görə,  hadisə rayonun Atakişili kəndində qeydə alınıb. Belə ki, hərəkətdə olan "Toyota Prado" markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb.


Qəza zamanı 1985-ci il təvəllüdlü Pərvanə Əliyeva, 2007-ci il təvəllüdlü Aytən Xasıyeva, 1960-cı il təvəllüdlü Təranə Xəlilova və 1985-ci il təvəllüdlü Vüqar Əliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar xəstəxanaya yerləşdiriliblər.


Faktla bağlı araşdırma aparılır.

01.02.2026 » 01:00
Geri