sabirabadxeber.az / Zərdabda Kür çayı bəndi aşıb – ərazilər üçün təhlükə yaranıb‼️

Zərdabda Kür çayı bəndi aşıb – ərazilər üçün təhlükə yaranıb‼️

"Sabirabadxəbər" xəbər verir ki, Zərdab rayonunun Mehdi̇lər kəndi ərazisində Kür çayının səviyyəsinin artması nəticəsində bəndin aşdığı bildirilir. Hadisə nəticəsində ətraf ərazilərdə, xüsusilə kənd təsərrüfatı sahələri və yaşayış məntəqələri üçün təhlükə yarandığı ehtimal olunur.

Hazırda ərazidə vəziyyətin qiymətləndirilməsi və mümkün fəsadların qarşısının alınması üçün aidiyyəti qurumların tədbirlər gördüyü gözlənilir. Sakinlərə ehtiyatlı olmaları, rəsmi qurumların xəbərdarlıqlarına əməl etmələri tövsiyə olunur

Görüntülər sosial şəbəkələrdə paylaşılıb 

22.04.2026 » 16:39
Geri