sabirabadxeber.az / Polis silah-sursat aşkarladı

Polis silah-sursat aşkarladı

Yanvarın 30-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 5 avtomat silahı, 1 tapança, 13 tüfəng aşkar edilib.

“Sabirabadxəbər.az” Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinə istinadən xəbər verir ki, bundan başqa, 2 patron darağı və 5421 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.

DİN əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

31.01.2026 » 11:20
Geri