sabirabadxeber.az / Xəzərdə zəlzələ oldu

Xəzərdə zəlzələ oldu

Xəzər dənizində zəlzələ olub.

“Sabirabadxəbər” xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Bildirilib ki, 3.1 maqnitudalı zəlzələ yerli vaxtla saat 07:49-da və 74 km dərinlikdə baş verib.

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən zəlzələ Quba stansiyasından 69 km şimal-şərqdə, Xəzər dənizində qeydə alınıb.

04.04.2026 » 08:20
Geri