sabirabadxeber.az / Mingəçevirdə kişi evində ölü tapıldı

Mingəçevirdə kişi evində ölü tapıldı

Mingəçevir şəhərində evdən meyit tapılıb.

"Sabirabadxəbər" xəbər verir ki, hadisə şəhər ərazisindəki mənzillərdən birində aşkarlanıb. Şəhər sakini, 1966-cı il təvəllüdlü İmran Bayramovun meyiti yaşadığı evdə aşkarlanıb. Müayinə zamanı meyitin üzərində zorakılıq əlamətləri aşkarlanmayıb.

Məlumata görə, İ.Bayramov içki aludəçisi olub və onun içkidən öldüyü ehtimal edilir.

Faktla bağlı araşdırma aparılır.

31.03.2026 » 17:28
Geri