sabirabadxeber.az / İki avtomobil toqquşub, 4 nəfər xəsarət alıb

İki avtomobil toqquşub, 4 nəfər xəsarət alıb

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

"Sabirabadxəbər"  yerli büroya istinadən xəbər verir ki, şəhər ərazisində hərəkətdə olan “VAZ 2107” və “BYD” markalı minik avtomobilləri toqquşub.

Qəza nəticəsində 4 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib, onların vəziyyətinin kafi olduğu bildirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

29.03.2026 » 21:00
Geri