sabirabadxeber.az / Mingəçevirdə avtomobil kanala düşdü, xəsarət alan var

Mingəçevirdə avtomobil kanala düşdü, xəsarət alan var

Mingəçevirdə idarəetmədən çıxan avtomobil kanala düşüb, sürücü xəsarət alıb.

“Sabirabadxəbər" xəbər verir ki , hadisə Tərəvəzçilik yaşayış massivi ərazisində baş verib. “Renault” markalı avtomobil yoldan çıxaraq kanala aşıb.

Qəza nəticəsində 33 yaşlı sürücü Babək Mehdiyev yaralanıb. Faktla bağlı araşdırma aparılır.

29.03.2026 » 12:10
Geri