sabirabadxeber.az / Neftçalada iki qardaş avtomobillə kanala düşərək ölüb

Neftçalada iki qardaş avtomobillə kanala düşərək ölüb

Neftçalada qəza baş verib, iki qardaş avtomobillə kanala düşərək ölüblər.

"Sabirabadxəbər" xəbər verir ki,  Mil-Muğan bürosunun məlumatına görə, Qazaxbərəsi kəndində qeydiyyatda olan 2009-cu il təvəllüdlü Manaflı Rəvan Vüsal oğlu və qardaşı 2011-ci il təvəllüdlü Manaflı Əli Vüsal oğlu səhər saatlarında Ramazanlı kəndi ərazisində valideynlərinə məxsus 99-TE -303 Nissan markalı avtomobillə idarə etməni itirərək şor kanala düşüblər. Hər iki qardaş hadisə yerində ölüblər.

Onlar sudan çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

N.Quliyeva

20.03.2026 » 11:10
Geri