sabirabadxeber.az / Orta aylıq əməkhaqqı artdı

Orta aylıq əməkhaqqı artdı

2025-ci ildə Bakıda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 1 381 manat təşkil edib ki, bu da 2024-cü il ilə müqayisədə 8,6% artım deməkdir.


İqtisadçılar bildirirlər ki, orta aylıq nominal əməkhaqqının 8,6% artması real gəlirlərə də təsir göstərir. Belə ki, 2025-ci ilin ilkin məlumatlarına əsasən, muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2024-cü ilə nisbətən 9,3% artaraq 1 102,9 manat təşkil edib. Bu artım paytaxtda yaşayış xərclərinin artımını tam kompensasiya edə bilməsə də, gəlirlərin inflyasiyadan yüksək olması real gəlirlərin artımına səbəb olur.

 

"Sabirabadxəbər" xəbər verir ki, iqtisadçı Xalid Kərimli qeyd edib ki, 2026-cı ildə orta aylıq nominal əməkhaqqının 7%-dən bir qədər çox artacağı gözlənilir.


Onun sözlərinə görə, bu artım yaşayış xərclərinin artımını kompensasiya edir. Keçən il inflyasiya 5,7% olub, orta aylıq əməkhaqq isə 8,6% artıb. Bu isə o deməkdir ki, vətəndaşların gəlirləri inflyasiyadan yüksəkdir və nəticədə real gəlirlər artır:


"Real gəlirlər, nominal gəlirlərdən inflyasiya faizinin çıxılması ilə hesablanır. Əgər vətəndaşın gəliri inflyasiyanın tempini üstələyirsə, bu onun real gəlirlərinin artdığını göstərir".

11.03.2026 » 18:11
Geri