sabirabadxeber.az / Cəlilabadda zəncirvari yol qəzası olub

Cəlilabadda zəncirvari yol qəzası olub

Cəlilabad rayonunda zəncirvari yol qəzası baş verib. 

"Sabirabadxəbər" xəbər verir ki, hadisə rayonun Uzuntəpə kəndi ərazisində qeydə alınıb. 

Belə ki, yol qəzası zamanı 3 minik avtomobili toqquşub. Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ziyan dəyib. 

Faktla bağlı araşdırma aparılır. 

09.03.2026 » 19:00
Geri