sabirabadxeber.az / Türkiyədə FETÖ əməliyyatı - 100-dən çox insan saxlanıldı

Türkiyədə FETÖ əməliyyatı - 100-dən çox insan saxlanıldı

Türkiyədə FETÖ terror qruplaşmasının üzvlərinə qarşı növbəti əməliyyat keçirilib.

“Sabirabadxəbər.az” xəbər verir ki, bu barədə Türkiyə daxili işlər naziri Ali Yerlikaya məlumat yayıb.

Onun sözlərinə, hüquq-mühafizə orqanlarının 46 şəhərdə eyni vaxtda keçirdiyi əməliyyatlarda 151 şübhəli saxlanılıb, onlardan 82-si həbs edilib. O bildirib ki,saxlanılmış şəxslərin çoxu həbs cəzası və ya axtarış siyahısında olub.

28.01.2026 » 11:00
Geri