Füzulidə ölümlə nəticələnən ağır yol qəzası baş verib.
"SABİRABADXƏBƏR" xəbər verir ki, hadisə ötən gecə Füzuli rayonunun Qayıdış qəsəbəsi ərazisində baş verib.
Məlumata görə, rayon sakini Ramilin idarə etdiyi “VAZ 2107” markalı, 90 FD 419 dövlət nömrə nişanlı minik avtomobili hərəkətdə olarkən eyni istiqamətdə irəliləyən traktorun qoşqusuna çırpılıb. Toqquşma nəticəsində avtomobildə sərnişin olan sürücünün oğlu – 10-cu sinif şagirdi Zaur hadisə yerində vəfat edib.
Ağır xəsarətlər alan sürücü dərhal Füzuli Rayon Diaqnostika Mərkəzinə çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.