sabirabadxeber.az / Qar yağacaq - Xəbərdarlıq

Qar yağacaq - Xəbərdarlıq

Azərbaycanın bəzi rayonlarında hava şəraitinin yanvarın 28-i axşamdan 29-u gündüzədək arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir.

Bu barədə “Sabirabadxəbər.az”a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntıların qısa müddətə intensivləşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq rayonlarda yollar buz bağlayacaq.

27.01.2026 » 18:30
Geri