sabirabadxeber.az / İmişlidə meşə ərazisində yanğın başlayıb

İmişlidə meşə ərazisində yanğın başlayıb

İmişli rayonunun Əliyetməzli kəndi ərazisində yerləşən meşə zolağında yanğın baş verib.

"Sabirabadxəbər.az" xəbər verirki,  İlkin məlumata görə, yanğın sürətlə yayılaraq ətraf ərazilər üçün təhlükə yaradıb.

Hadisə barədə məlumat daxil olan kimi Fövqəladə Hallar Nazirliyi-nin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası əraziyə cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində operativ tədbirlər davam etdirilir.

Yanğının dəqiq səbəbləri hələlik məlum deyil. Əraziyə yaxın yaşayan sakinlərə ehtiyatlı olmaları, təhlükəsizlik qaydalarına riayət etmələri tövsiyə olunur. Yanğın tam nəzarət altına alındıqdan sonra əlavə məlumat veriləcək.

27.02.2026 » 18:45
Geri