sabirabadxeber.az / Şamaxıda yenidən zəlzələ gözlənilir

Şamaxıda yenidən zəlzələ gözlənilir

"Şamaxıda baş verən zəlzələ avtoşok hesab olunur, xırda təkanlar yenidən gözlənilir".

"Sabirabadxəbər.az" xəbər verir ki , bunu açıqlamasında AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.

O bildirib ki, enerji tam boşalıb fon səviyyəsinə gələnədək xırda təkanlar olmalıdır.

"Zəlzələnin daha güclü olma ehtimalına inanmıram. Bakı, Sumqayıt ətrafında isə zəlzələ gözlənilmir".

27.02.2026 » 16:30
Geri