sabirabadxeber.az / Şəmkirdə 2 maşın toqquşdu, ölən var

Şəmkirdə 2 maşın toqquşdu, ölən var

Şəmkirdə 2 avtomobil toqquşub.

"Sabirabadxəbər.az" xəbər verir ki, 1953-cü il təvəllüdlü Fəxrəddin Məmmədovun idarə etdiyi "VAZ 2106" avtomobili ilə 1976-cı il təvəllüdlü Kamil Mustafayevin qarşıdan gələn "Mitsubishi L200" markalı minik avtomobili ilə toqquşub.

73 yaşlı F.Məmmədov rayon xəstəxanasında ölüb, "VAZ 2106" markalı avtomobildə sərnişin qismində olan 1963-cü il təvəllüdlü Natella Səlimova isə xəsarət alıb.

26.02.2026 » 09:35
Geri