sabirabadxeber.az / Oğuzda ağır yol qəzası

Oğuzda ağır yol qəzası

Gecə saatlarında Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Oğuz rayonunun Bayan kəndi ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

"Sabirabadxəbər.az" xəbər verir ki, hadisə nəticəsində VAZ-2107 markalı avtomobil idarəetmədən çıxaraq işıq dirəyinə çırpılıb.

Nəticədə sürücü, 23 yaşlı Səddam Allahverdiyev, sərnişinləri - 24 yaşlı Cəmil Şərifli və 25 yaşlı Okan Həmidli xəsarət alıblar.

Faktla bağlı araşdırma aparılır.

24.02.2026 » 09:59
Geri