sabirabadxeber.az / ❗️Bakıda yük maşınının təkərləri hərəkət zamanı çıxdı

❗️Bakıda yük maşınının təkərləri hərəkət zamanı çıxdı

Prospektdə hərəkət edən yük avtomobilinin təkərləri yerindən çıxdı


Bu barədə "Sabirabadxəbər.az"-a Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.


Paytaxtın Nizami rayonu, Heydər Əliyev prospektində, “Koroğlu” metro stansiyasının yaxınlığında qeydə alınan bu hadisədən hər bir sürücü nəticə çıxarmalıdır. Sürücülər bilməlidirlər ki, hərəkətə başlamazdan əvvəl nəqliyyat vasitəsinin texniki sazlığı yoxlanılmalı və yaranmış porblem həll edilməlidir. Əks təqdirdə qəzaların baş verməsi qaçılmaz olacaq.

26.01.2026 » 21:15
Geri