"Sabirabadxəbər.az" -a bu barədə Azəriqazdan məlumat verilibki, Sabirabad, Saatlı və İmişli rayonlarında aparılan təmir və bərpa işləri ilə əlaqədar müvəqqəti dayandırılan qaz təchizatının 18.02.2026-cı il tarixində günün birinci yarısına qədər bərpa edilməsi planlaşdırılır.
Müvafiq qurumlar tərəfindən magistral və paylayıcı xətlərdə yaranmış texniki nasazlıqlar aradan qaldırılır. Təmir işləri başa çatdıqdan sonra qazın mərhələli şəkildə verilməsi nəzərdə tutulur.
🔧 Aparılan işlər:
Qəzalı vəziyyətdə olan boru xətlərinin dəyişdirilməsi
Yol keçidlərində təhlükəsizlik tədbirlərinin gücləndirilməsi
Qaz sızmalarının qarşısının alınması üçün texniki yoxlamalar
⚠️ Vətəndaşlara tövsiyə:
Qaz verilişi bərpa olunduqdan sonra təhlükəsizlik məqsədilə qaz cihazlarını ehtiyatla istifadə edin, şübhəli hal müşahidə etdikdə dərhal aidiyyəti qurumlara məlumat verin.